18:05 / 21-04-2021
Rusiya ABŞ-a nota verib
Kremlin sözçüsü: "Şuşada tapılan “İsgəndər M” raketləri barədə heç nə deyə bilmərəm"
Tarix: 07-04-2021 16:43 | Bölmə: Siyasət
Kremlin sözçüsü: "Şuşada  tapılan “İsgəndər M” raketləri barədə heç nə deyə bilmərəm"

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İsgəndər M” raketlərinin Şuşada qalıqlarının tapılması barədə danışıb.

Kremlin sözçüsü jurnalistlərin “Prezident Vladimir Putinə Ermənistan Baş naziri Nikol Paşinyanla görüş öncəsi Azərbaycan tərəfinin “İsgəndər M” raketinin tapılması ilə bağlı bəyanatı haqqında məruzə olunubmu” sualına belə cavab verib: “Raket haqqında heç nə deyə bilmərəm. Bilmirəm, məlumatım yoxdur”.

Peskov bu gün Putinlə Paşinyanın ikitərəfli gündəmdə duran məsələləri, inteqrasiya proseslərini, eləcə də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə üçtərəfli bəyanatlarının həyata keçirilməsini müzakirə edəcəklərini söyləyib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}