12:56 / 15-10-2024
Sabah yağış yağacaq
12:47 / 15-10-2024
Əhalinin sayı açıqlanıb
Erməni deputatlar sessiyada ifşa olunub
Tarix: 05-10-2017 15:04 | Bölmə: Siyasət
Erməni deputatlar sessiyada ifşa olunub

Erməni deputatlar ATƏT Parlament Assambleyasının payız sessiyasında növbəti dəfə Azərbaycana qarşı təxribata əl atıblar.

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Kamran Nəbizadə deyib ki, təhsil məsələlərinə həsr olunmuş müzakirələrdə erməni deputatalar mövzudan kənara çıxaraq, Azərbaycanın təhsil sistemində ermənilərin vəhşi və düşmən obrazının yaradılması haqqında böhtan və yalan dolu çıxışlar ediblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri məsələ ilə bağlı erməni deputatlara layiqli cavab verib.

Azərbaycanın nümayəndə heyətinin üzvləri məhz monoetnik Ermənistanda azərbaycanlıların düşmən kimi qəbul olunduğunu, işğal altındakı ərazilərimizdə cinayətlər törədildiyini və bu ölkədə Zori Balayan kimi faşistlərin qəhrəmana çevrildiyini ATƏT PA üzvlərinin nəzərinə çatdırıb.(Modern.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}