SOCAR-ın altı vitse-prezidenti vəzifədən azad edilib?
Tarix: 18-07-2021 15:54 | Bölmə: Siyasət
SOCAR-ın altı vitse-prezidenti vəzifədən azad edilib?

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) altı vitse-prezidenti vəzifədən azad edilib.

Reyting.az
unikal.org-a istinadla xəbər verir ki, SOCAR-ın vitse-prezidentləri Mikayil İsmayılov, Tofiq Qəhrəmanov və daha bir neçəsi vəzifədən kənarlaşdırılıb.

Bu arada yenicag.az xəbər verir ki, azad edilən vitse-prezidentlər arasında Xalik Məmmədov və David Məmmədov da var.

Mənbələr bildirirlər ki, SOCAR-da kütləvi kadr dəyişiklikləri şirkətdə aparılan islahatlar və strukturun yenidən formalaşdırılması ilə bağlıdır. Hələlik SOCAR vitse-prezidentlərin vəzifələrindən azad edilməsi haqda xəbərlərə şərh vermir.

Qeyd edək ki, SOCAR-ın 12 vitse-prezidenti var idi.

***

Onu da qeyd edək ki, SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məsələyə münasibət bildirib. Haqqin.az-ın məlumatına görə, o, SOCAR-ın vitse-prezidentlərini vəzifəyə Azərbaycan prezidentinin təyin etdiyini deyib: “Buna görə şirkətin hər hansı bir vitse-prezidentinin vəzifəyə təyin edilməsi və ya vəzifədən azad edilməsi məhz cənab Prezidentin müvafiq sərəncamı ilə təsbit olunur”.

İ. Əhmədov əlavə şərh verməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}