14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
AŞPA məruzəçisi Azərbaycana səfər edəcək
Tarix: 24-07-2021 11:03 | Bölmə: Siyasət
AŞPA məruzəçisi Azərbaycana səfər edəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Paul Qavan (İrlandiya) Azərbaycana səfər edəcək.

AŞPA-nın yaydığı məlumata görə, iyulun 26-dan 28-dək Azərbaycanda səfərdə olacaq AŞPA məruzəçisi "Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda hesabatı üçün informasiya toplayacaq.

Paul Qavan Bakıda Milli Məclisin sədri, parlament üzvləri və münaqişənin humanitar nəticələri ilə məşğul olan müxtəlif nazirliklərin nümayəndələri ilə görüşəcək. AŞPA məruzəçisinin həmçinin köçkünlərlə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü planlaşdırılıb.

Qeyd edək ki, AŞPA məruzəçisi artıq 2021-ci ilin mayında bu hesabatın hazırlanması kontekstində Ermənistanda səfərdə olub.

Paul Qavan hesabatını sentyabr ayında təqdim edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}