23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Deputat toxunulmazlığına xitam verilən Eldəniz Səlimov həbs edilib - Video/Fotolar (Yenilənib)
Tarix: 03-08-2021 18:57 | Bölmə: Siyasət
Deputat toxunulmazlığına xitam verilən Eldəniz Səlimov həbs edilib

Binəqədi Rayon Məhkəməsində Milli Məclisin deputatı Eldəniz Səlimov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Reyting.az
xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən E.Səlimov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

***

Son məlumata görə, bu gün toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimov Binəqədi Rayon Məhkəməsinə gətirilib.

Reyting.az
xəbər verir ki, gözlənilir ki, onun mandatına xitam verilərək, barəsində həbs tədbiri seçiləcək.

Reyting.az Report-a istinadla həmin anın fotolarını da təqdim edir:





***

Bu gün toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimov saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılacaq.

Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}