11:03 / 16-01-2025
Analar inananda - Fotolar
Ermənistan-Türkiyə danışıqları... - XİN bəyanat verib
Tarix: 13-09-2021 21:30 | Bölmə: Siyasət
Ermənistan-Türkiyə danışıqları... - XİN bəyanat verib

Hazırda Ermənistanla Türkiyə arasında münasibətləri normallaşdırmaq üçün danışıqlar aparılmır. Reyting.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi "Azatutyun" radiosunun (“Azadlıq Radiosu”nun erməni xidməti) sorğusuna cavabında bildirib.

Radio, Ermənistan Xarici İşlər Nazirliyindən Ermənistan-Türkiyə münasibətlərini normallaşdırmaq üçün rəsmi danışıqların planlaşdırılıb-planlaşdırılmadığını soruşub.

"Ermənistan və Türkiyə diplomatları arasında təmaslar beynəlxalq gündəmdə olan müxtəlif mövzularda çoxtərəfli müzakirələrdə iştirakla məhdudlaşır", - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Son zamanlar rəsmi Ankara və İrəvanın açıqlamalarında ikitərəfli münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələrə hazırlıq səslənir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Ankaranın mehriban qonşuluq və bir-birinin ərazi bütövlüyünün tanınması əsasında İrəvanla münasibətləri normallaşdırmağa hazır olduğunu açıqlayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan buna cavab olaraq bildirib ki, Ermənistan Türkiyə ilə dialoqa hazırdır.




Bölməyə aid digər xəbərlər