Mobil operatorlar müttəhimin təqsirsiz olduğunu sübut etmək imkanını əlindən alır
Tarix: 14-09-2021 13:03 | Bölmə: Siyasət
Mobil operatorlar müttəhimin təqsirsiz olduğunu sübut etmək imkanını əlindən alır

Müxalif siyasətçi Tofiq Yaqublu Azərbaycanın mobil rabitə operatorlarının müştərilərə xidmətindəki bir nüansa diqqət çəkib.

Azərbaycanda dörd mobil rabitə şirkəti var: “Bakcell”, “Azercell”, “Azerfon”, “Naxtel”.

Reyting.az-ın məlumatına görə, Tofiq Yaqublu yazır ki, müştəri mobil rabitə operatorundan yalnız özünün etdiyi zənglərin çıxarışlarını ala bilir, özü də məhdud müddəti əhatə etmək şərti ilə: “Halbuki təqsirləndirilən şəxslərə günahsız olduğunu sübut etmək üçün ona gəlmiş zənglərin siyahısı və antena məlumatları çox vacibdir. Mobil operatorlar bu məlumatları heç vəkilin sorğusu əsasında da vermir. Bunun üçün ya məhkəmənin, ya da müstəntiqin rəsmi müraciəti olmalıdır. Onlar isə belə sorğuları ancaq ittiham tərəfinə sərf edəndə verirlər.


Tofiq Yaqublu

Niyə axı? Bu məlumatlar abunəçiyə niyə verilməməlidir? Niyə müttəhimin özünün təqsirsiz olduğunu sübut etmək imkanı əlindən alınır? Düşünürəm ki, müştəriyə müəyyən ödənişlə mobil rabitə operatorundan ona gəlmiş zənglərin siyahısını almaq imkanı verilməlidir”.

Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu azadlıqdan şərti məhrumetmə cəzası çəkir.

O, 1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, 2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək isə həbsdə olub.(Novator.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}