Deputat: “Ermənistan yeni ərazilər itirəcək”
Tarix: 14-09-2021 16:11 | Bölmə: Siyasət
Deputat: “Ermənistan yeni ərazilər itirəcək”

“Səlahiyyətlilər, sərhədin demarkasiyası prosesinin həm Sotk-Xoznavar hissəsində, həm də Gorus-Qafan dövlətlərarası yolda yaranan böhranları həll edəcəyinə əmin olmağa çalışır və bu gündəmi həll yolu olaraq irəli sürür”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan parlamentinin üzvü Tiqran Abramyan “Facebook” səhifəsində yazıb.

T. Abramyan qeyd edib ki, Azərbaycanın bu prosesin başlamasına yüksək qiymət müəyyənləşdirdiyini bir kənara qoyaq:

“Demarkasiya/delimitasiya prosesi incə, mürəkkəb hesablamalara və təbii ki, aktiv danışıqlara əsaslanır. Son 3 ildə bu səlahiyyətlərin icra edilməsində gördüklərimiz, qeyd olunan prosesin bizim xeyrimizə olacağına zəmanət verə bilərmi? Dərhal deyəcəyəm, yox”.

Deputat bildirib ki, bu proses də uğursuzluğa düçar olacaq və nəticədə Geqarkunik və Sünik bölgələrindəki problemlər nəinki həll olunmayacaq, əksinə, yeni ərazi itkiləri təhlükəsi yaranacaq. “Beləliklə, bu hökumətin hakimiyyəti vəziyyətində yeni itkilər qaçılmazdır”, - deyə T. Abramyan yazıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}