Cavanşir Feyziyev işçi qrupun rəhbəri vəzifəsindən azad edilib
Tarix: 14-05-2022 12:35 | Bölmə: Siyasət
Cavanşir Feyziyev işçi qrupun rəhbəri vəzifəsindən azad edilib
C. Feyziyev

Milli Məclisin deputatları - Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 16-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Reyting.az
xəbər verir ki, bu barədə parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, deputatlar Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə əməkdaşlığın inkişaf etdirilməsi və bəzi aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər mayın 19-da başa çatacaq.

Bu arada “Report” xatırladır ki, daha əvvəl parlament əməkdaşlıq komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Cavanşir Feyziyev idi.

C. Feyziyev Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsindən də azad olunub. Onu bu vəzifədə Milli Məclisin deputatı Soltan Məmmədov əvəzləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}