07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Azərbaycan Laçın dəhlizində gömrük postu quracaq
Tarix: 05-12-2022 17:46 | Bölmə: Siyasət
Azərbaycan Laçın dəhlizində gömrük postu quracaq

Dekabrın 3-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin Xocalıdakı qərargahında müzakirələr aparıblar.

Reyting.az
xəbər verir ki, Laçın yolunda mini gömrük postunun qurulması ilə bağlı razılıq əldə olunduğuna dair məlumat yayılıb.

Bu barədə azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkov bildirib.

A. Volkovun sözlərinə görə, Azərbaycan tərəfi ilə əldə olunan razılaşmaya əsasən, gömrük postu sülhməramlıların Laçın dəhlizindəki 1 nömrəli postunda, yəni Azərbaycan-Ermənistan şərti sərhədində, Həkəri çayı üzərindəki körpüdə quraşdırılacaq.

Azərbaycan tərəfi hələ ki məsələylə bağlı açıqlama verməyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}