14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
10:21 / 02-02-2026
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb
10:16 / 02-02-2026
Əli Əsədov qərar imzalayıb
10:12 / 02-02-2026
Bataqlıqların itirilməsi qlobal iqtisadiyyatı təhdid edir
09:55 / 02-02-2026
Əfqanıstan ŞƏT-də iştirakını bərpa edəcək
09:49 / 02-02-2026
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
09:40 / 02-02-2026
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər"
09:38 / 02-02-2026
“Sərhədsiz həkimlər”in Qəzzada işləməsi qadağan edilib
09:23 / 02-02-2026
Lənkərandakı yanğında bir nəfər həyatını itirib
09:18 / 02-02-2026
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib
09:14 / 02-02-2026
Prezident Gənclər Günü münasibətilə paylaşım edib - Foto
09:09 / 02-02-2026
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...
09:03 / 02-02-2026
Tramp: Kanada 51-ci, Qrenlandiya 52-ci ştatımız olacaq
01:09 / 02-02-2026
Tramp BMT qərargahının Nyu-Yorkdan köçürülməsinə qarşıdır
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
11:03 / 29-01-2026
Şaraa Əsədi geri almaq istəyir
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
Rusiya hərbi xuntanın təqibindən narahatdır - Təhlil
Tarix: 04-08-2018 21:24 | Bölmə: Siyasət

Avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ və Böyük Vətən müharibələri, Çernobıl əlilləri və şəhid ailələrinə mənzil və avtomobillər hədiyyə olunub. Həmin mərasimdə Azərbaycan prezidenti İlham Əliyev əlil vəşəhid ailələrinin üzvləri ilə görüşdə Qarabağ münaqişəsi və Ermənistanda baş verən proseslərlə bağlı mühüm açıqlamalar verib.
Reyting.az-ın məlumatına görə, Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm mesajlar da səsləndirib.
Prezident deyib ki, münaqişənin bir həlli yolu var:
“Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Bunu tarix deyir, beynəlxalq hüquq deyir, bütün dünya dövlətləri ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.
Keçən ay Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı Azərbaycana çox böyük dəstək ifadə olunmuşdur. Bu, bizim növbəti diplomatik qələbəmizdir. Eyni zamanda, keçən ay NATO-nun zirvəgörüşünün nəticəsi olaraq qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilib. Yəni, bunlar çox ciddi siyasi sənədlərdir, həqiqəti, beynəlxalq hüququ əks etdirir”.
Prezident qeyd edib ki, bütün bunlar işğalçı ölkəyə göndərilən çox ciddi siqnallardır:
“Onlar bilsinlər ki, mötəbər beynəlxalq təşkilatlar bu məsələni diqqətdə saxlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Münaqişənin həlli yalnız bu prinsiplər əsasında ola bilər vəolmalıdır”.
Prezidentin sözlərinə görə, işğalçı dövlət indi ağır günlərini yaşayır:
“İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal xunta rejimi çökdü. Onların işğalçı siyasəti iflasa uğradı. Onların bu vəziyyətə düşməsinin əsas səbəbi işğal siyasətidir. Çünki işğal siyasəti olmasaydı, Ermənistan regional layihələrdən təcrid edilməyəcəkdi və beləliklə, bizim imkanlarımızdan faydalana bilərdi. Məhz işğalçılıq siyasətinə görə Ermənistan bu gün ağır, təcrid edilmiş vəziyyətdədir və iqtisadi inkişaf üçün heç bir perspektiv yoxdur. O vaxta qədər ki, Azərbaycanla münasibətlər normallaşmayacaq. Normallaşmanın da bir yolu var – işğalçı dövlət bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır”.
Prezident Ermənistanın yeni hökumətindən də danışıb. Bildirib ki, işğalçı dövlətin yeni hökuməti əvvəlki kriminal xunta rejiminin səhvlərini buraxmamalıdır:
“Düzdür, yeni hökumət indi daxili işlərlə daha çox məşğuldur, ancaq bildirməliyəm ki, onlar tərəfindən səslənən ziddiyyətli bəyanatlar həm bizdə, həm bu məsələ ilə məşğul olan ölkələrdəvə beynəlxalq təşkilatlarda təəccüb doğurur. Çünki bir-birini təkzib edən bu bəyanatlar başadüşülən deyil. Bir tərəfdən deyirlər ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağın qondarma rejimi ilə danışıqlar aparmalıdır. Bu isə, ümumiyyətlə, qəbuledilməzdir və bu, elə bir təklifdir ki, bu təklifi verən tərəf bəri başdan bilir ki, bu, qəbul edilməyəcək.
Digər tərəfdən, bu təklif vasitəçilər tərəfindən heç vaxt qəbul edilməyəcək.
Üçüncü tərəfdən, o bəyanatdan bir müddət keçəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür və danışıqlara başlayır. Yəni, tamamilə bir-birini təkzib edən, bir-birinə zidd olan yanaşmadır.
Əlbəttə, biz başa düşürük, yeni hökumətə müəyyən qədər vaxt lazımdır ki, beynəlxalq münasibətlərdə mövcud olan praktikanı düzgün təhlil etsin. Ancaq, əlbəttə ki, bu bəyanatlar sülh prosesinə vurulmuş növbəti zərbələrdir və bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Çünki onlar işğal siyasətini davam etdirmək fikrindədirlər. Hələlik biz belə qənaətə gələ bilərik.
Eyni zamanda, Ermənistandan sülhə yönəlmiş çağırışlar da edilir, biz də bu çağırışları eşidirik. Əlbəttə, biz də sülh istəyirik, amma biz torpaqlarımızı istəyirik. Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir”.
Prezident bir daha bəyan edib ki, sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır:
“Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?! Müharibədən əziyyət çəkmiş, həlak olmuş,əlil olmuş Azərbaycan vətəndaşları öz torpağında həlak olublar, əlil olublar, Ermənistan torpağında yox. Ona görə münaqişənin həllinin bir yolu var – işğalçı qüvvələr bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Onda bölgədə sülh yaranar. Onda Ermənistan ilə Azərbaycan arasında əlaqələr yarana bilər.
Biz bunu istəyirik. Ancaq, eyni zamanda, dediyim kimi, münaqişənin tezliklə və mərhələli yollarla həlli torpaqlarımızın azad olunmasından asılıdır. Biz də, beynəlxalq hüquq da bunu tələb edir. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq. Çünki kriminal xunta rejiminin çökməsində Azərbaycanın rolu da az deyil. Onları çökdürən və uçuruma aparan birinci zərbə iki il bundan əvvəl vurulub. Aprel döyüşləri onların çürümüş sütunlarını tamamilə sıradan çıxarıb və ondan sonra kriminal xunta rejimi uçuruma doğru getməyə başlamışdır”.
Göründüyü kimi, Azərbaycan prezidenti Qarabağ münaqişəsinin həlli yolunu göstərib, üstəlik, Ermənistanın yeni hakimiyyətinin sələflərinin fəaliyyətindən ibrət almasını açıq mətnlə bildirib. Əks halda, Ermənistanı nələr gözləyəcəyini də onlara xatırladıb.
Əlbəttə, Azərbaycanın sistemli apardığı siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olunmaqla, cox ciddi sıxıntılara məruz qalıb.
Maraqlıdır ki, həm daxildə, həm də xaricdə böyük problemlərlə üz-üzə qalan Ermənistan və onun yeni hakimiyyəti Köçəryan-Sarkisyan komandasının son 20 ildə öz vətəndaşlarına qarşı sensasiyalı cinayətlərini araşdırmaqla, ölkədəki real vəziyyətlə çoxlarını şoka salıblar. Hətta iş o yerə çatıb ki, Paşinyan hakimiyyətinin Köçəryanı həbs etməsi, Sarkisyanın güncə sıxaraq, ətrafının cinayətlərini nümayiş etdirərək, istintaqa cəlb etmələri xunta rejiminin tör-töküntüləri kimi, onların himayədarlarını da ciddi narahat etməyə başlayıb.
Reyting.az-ın məlumatına görə, bununla bağlı Rusiyanın “Kommersant” nəşrində maraqlı təhlil dərc olunub.
Həmin təhlili oxucularımıza təqdim etməklə, Ermənistanda baş verən anarxiyanın hansı vəziyyətdə olmasına müəyyən qədər işıq salacağımıza inanırıq:
Ermənistanın hazırkı hakimiyyətinin sabiq rəhbərləri təqib etməsi Moskva və Yerevan arasındakı münasibətlərdə nifaq yaradıb və tərəfləri daha çox küsdürə bilər.
“Kommersant”ın Rusiya Federasiyasının dövlət strukturlarındakı mənbələrinin sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun məsuliyyətə cəlb edilməsi xüsusən qıcıq doğurub. Kreml bunu hərbi blokun imicinə ciddi zərbə hesab edib.
Çərşənbə günü Ermənistanın Xarici İşlər Nazirliyi Moskvanın Ermənistanın yeni hakimiyyətinin hərəkətlərinə dair tənqidinətəpki verib.
XİN-in sözçüsü Tiqran Balayan bildirib:
“Biz hökumətin daxili siyasətinin prioritetləri olan hüquqi dövlət, müstəqil məhkəmə sistemi, korrupsiyaya qarşı mübarizə ilə müşahidə edilən Ermənistandakı daxili proseslərlə bağlı beynəlxalq reaksiyaları izləyirik. Ölkənin xarici siyasət prioritetləri Ermənistan-Rusiya müttəfiq əlaqələrinin daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, KTMT və Aİİ (Avrasiya İqtisadi İttifaqı) çərçivəsində əməkdaşlığın səmərəliliyinin artırılmasına yönəlib”.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı İrəvana ünvanlanmış sərt bəyanatla çıxış edib. Onun sözlərinə görə, son günlərdə yaşanan hadisələr “…siyasi motivlərlərlə sələflərinin təqibini təşkil etmək niyyəti olmaması barədə Ermənistanın yeni rəhbərliyinin son bəyanatlarına ziddir”.
“Ermənistanda baş verənlər ən azı MDB məkanında təşkilatların normal fəaliyyəti baxımından bizi maraqlandırmaya bilməz “, – deyən Sergey Lavrov əlavə edib ki, son günlərdə Rusiya Federasiyasının nümayəndələri “dəfələrlə Ermənistan rəhbərliyinə öz narahatlıqlarını çatdırıblar”.
Moskvanın qıcıqlanması Nikol Paşinyan hökumətinin təşviqi ilə 2008-ci ilin martında müxalifətin etiraz aksiyalarının zorakılıqla dağıdılması işi üzrə məhkəmə icraatının bir hissəsi kimi keçmiş yüksək vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi səbəb olub.
Xatırladaq ki, 2010-cu ildə Ermənistanın indiki baş naziri iğtişaşları təşkil etmək ittihamı ilə həbs edilib. 2008-ci ildə indi o, barrikadaların digər tərəfində duran və aksiyaların dağıdılmasına bais olanların, o cümlədən eks-prezident Robert Köçəryan və2008-ci ildə İrəvan qarnizonunun rəhbərlik etmiş KTMT baş katibi Yuri Xaçaturovun ədalətə təslim edilməsini tələb edir. Onlara “Dövlət hakimiyyətinin qəsb edilməsi” maddəsi ilə ittiham irəli sürülüb.
Lakin Rusiya Federasiyasının dövlət strukturlarındakı mənbələr “Kommersant”a bildiriblər ki, Moskvada xüsusi qıcıq doğuran KTMT-nin baş katibinin təqibi olub, çünki bu, Rusiyanın nəzarətində olan hərbi-siyasi blokun nüfuzuna zərbədir. Robert Köçəryandan fərqli olaraq, Yuri Xaçaturov girov müqabilində azad edilib. Lakin artıq “Kommersant”ın iyulun 28-də yazdığı kimi, İrəvan ilkin olaraq yalnız şahid ifadəsi vermək üçün Ermənistan paytaxtına çağırılan baş katibə qarşı ittiham irəli sürüləcəyi ilə əlaqədar, KTMT üzrə tərəfdaşlarını xəbərdar etməyib.
KTMT strukturlarına yaxın mənbə, söhbət əsnasında “qeyri-regional oyunçular tərəfindən Xaçaturov və bütün təşkilatı ləkələmək cəhdi”ni istisna etməyib.
Baş katibin vəzifəsi ilə indi nə olub-olmayacağı aydın deyil. Xaçaturovun vəkili Miqran Poqosyan “RİA Novosti” agentliyinə deyib ki, Ermənistanın Xüsusi İstintaq Xidmətinə vəsatət göndərib və müvəkkilinin ölkəni tərk etməsinə izn verilməsini xahiş edib, çünki “o, beynəlxalq təşkilata rəhbərlik edir və bir sıra vəzifə öhdəlikləri var”.
Amma Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan “Kommersant”a bildirib ki, artıq İrəvandan KTMT Katibliyinə Yuri Xaçaturovun digər ölkənin nümayəndəsi ilə əvəzlənməsi prosedurunu başlamaq üçün sorğu göndərilib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qərargahında, öz növbəsində, İrəvandan heç bir sənəd almadıqlarını söyləyiblər.
Baş katibin müavini Valeri Semerikov “RİA Novosti”yə deyib:
“Məndə Ermənistan tərəfinin cari baş katiblə bağlı hansısa rəsmi sənəd göndərməsi barədə heç bir məlumat yoxdur”.
O əlavə edib ki, KTMT-nin qaydalarına uyğun olaraq, baş katib vəzifəsi 2020-ci ilə qədər Ermənistana məxsus olacaq.
Hər halda, ən yüksək kadrların mümkün dəyişikliyi məsələsinə noyabrın 8-də, Kollektiv Təhlükəsizlik Şurasının (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan dövlət başçılarından ibarətdir) – KTMT-nin ali orqanının yığıncağında qərar veriləcək. Amma Rusiya Federasiyasının dövlət strukturlarındakı mənbələri indidən aydın cavab verirlər:
Ermənistanın yeni namizədinin təsdiqi hazırkı vəziyyətdə avtomatizmə malik deyil.
Rusiya Prezident Administrasiyasına yaxın mənbə “Kommersant”a deyib:
“Ermənistanda baş verən didişmələr təşkilatın imicinə misilsiz ziyan vurur, təəccüblüdür ki, onlar bunu başa düşmürlər”.
Əgər baş katib postuna Ermənistanın yeni namizədi təsdiqlənməzsə, əlifba rotasiyasına uyğun olaraq, növbəti namizədi irəli sürmək hüququnu Belarus alacaq.
Moskva ilə İrəvan arasındakı münasibətlərdəki anlaşmazlıq əvvəlcədən razılaşdırılmış şəkildə Rusiya silahlarının Ermənistana çatdırılmasına da mənfi təsir göstərə bilər. Rusiya Federasiyası müdafiə sənayesinə aid iki şirkətin top-menecerlərinin sözlərinə görə, müqavilələrin ikinci paketinin həyata keçirilməsi üçün Ermənistan 100 milyon dollar məbləğində kredit almalı idi, indi bu məsələ böyük sual altındadır:
“Hazırda ümumiyyətlə orada nə baş verdiyi aydın deyil”.
“Kommersant”ın həmsöhbətlərinin sözlərinə görə, müqavilələrin ilk paketi üzrə silah təchizatı və hərbi texnika tədarükü (Moskva onların həyata keçirilməsi üçün 2016-cı ildə İrəvana 200 milyon $ kredit ayırıb) tamamlanıb.
Məlumata görə, ikinci müqavilə ilə atıcı silah, rabitə mühəndisliyi və şəxsi heyətin daşınması üçün vasitələr alınmalı idi. Ermənistan Müdafiə Nazirliyinin sabiq rəhbərliyi “İskəndər-E” taktiki kompleksinin ikinci bölməsi (onun səkkiz buraxılış qurğusu 2016-cı ildə ayrı-ayrı saziş çərçivəsində erməni hərbçilərinə təslim edilib) və “Su-30cm” qırıcıları almaq istəyirdi. İndi bu planlar şübhə altındadır”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
Bu gün, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"
22-01-2026, 12:39
ABŞ hərbi gəmiləri Yaxın Şərq və Avropaya doğru istiqamətlənib

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər