Bayramovla Çavuşoğlu regional vəziyyəti müzakirə ediblər
Tarix: 26-03-2023 11:04 | Bölmə: Siyasət
Bayramovla Çavuşoğlu regional vəziyyəti müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışı olub.

“Reytinq”
qəzeti xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.

Tərəflər qarşılıqlı maraq doğuran digər sahələr ətrafında da fikir mübadiləsi aparıblar.





Bölməyə aid digər xəbərlər