Rusiya ərazisindəki döyüşlərdə 39 ukraynalı öldürülüb, əsir düşənlər var
Tarix: 22-05-2023 20:36 | Bölmə: Siyasət
Rusiya ərazisindəki döyüşlərdə 39 ukraynalı öldürülüb, əsir düşənlər var

Rusiyanın Belqorod vilayətinin Qraivoronovski rayonunda gedən döyüşlər zamanı 39 ukraynalı diversant öldürülüb. Reyting.az xəbər verir ki, bu barədə məlumatı Shot Telegram kanalı yayıb.

Daha bir neçə nəfərin əsir götürüldüyü bildirilsə də, onların sayı barədə dəqiq məlumat verilmir.

Bundan əvvəl Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Kiyev təxribat-kəşfiyyat qrupunun Rusiya ərazisinə daxil olmasında iştirak etmir. Onun sözlərinə görə, partizan dəstələri Rusiya vətəndaşlarından ibarətdir.

Qeyd edək ki, diversantların Belqorod vilayətinə daxil olması faktı mayın 22-də günorta məlum olub. Qubernator Vyaçeslav Qladkov bildirib ki, düşmən Qrayvoron rayonu ərazisində aşkarlanıb. Onun ləğvində hərbçilər, eləcə də Milli Qvardiya və FSB iştirak edir. İlkin olaraq döyüşlər sərhədə yaxın ərazidə yerləşən Qlotovo, Kozinka və Qora-Podil kəndlərinin ərazisində gedir.

Qladkovun sözlərinə görə, diversantların hücumu nəticəsində 8 nəfər yaralanıb. Mülki ölüm olmayıb. O, regionda vəziyyətin gərgin olaraq qaldığını da vurğulayıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}