21:46 / 18-09-2025
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

İran Azərbaycan vətəndaşlarını şərləyir
Tarix: 03-06-2023 13:02 | Bölmə: Siyasət

Almaniyanın Yena Universitetinin tələbəsi, Azərbaycan vətəndaşı Fərid Səfərli iyunun 1-də İranda casusluq ittihamı ilə həbs edilib.
Xatırladaq ki, fevralın 20-də Almaniyadan İrana gəldikdən sonra Fərid Səfərlidən xəbər tutmaq mümkün olmurdu. F. Səfərli fevralın 20-də İrana səfər etsə də, martın 4-dən etibarən ondan xəbər tutmaq mümkün olmayıb. Xarici İşlər Nazirliyinə onunla bağlı müraciət isə martın 9-da daxil olub.
Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərlinin taleyi ilə bağlı İranın Azərbaycandakı səfirliyinə iki dəfə nota verib. Məhz çoxsaylı müraciətlərdən sonra, İran tərəfi notaya cavab olaraq, onun həbs olunduğunu, haqqında cinayət işi başladıldığını bildirib.
F. Səfərlinin casusluq kimi ağır bir ittihamla həbs edilməsi kimi onun İrana gəlişi də qeyri-adi və sirlidir.
SEPAH agenti
Fəridin Almaniyadan İrana gəlişi olduqca müəmmalıdır. Hər şey onun Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olması ilə başlayıb.
Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gəlib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Məhz bundan sonra Fərid İstanbuldan İrana gəlib və həbs edilib.
Hadisələrin inkişaf xətti və nəticəsi onu deməyə əsas ki, Fəridin tanış olduğu iranlı xanım SEPAH agentidir. İstanbulda görüşün baş tutmaması və iranlı xanımın vizasının alınmamasını hadisələrin kuliminasiya nöqtəsi hesab etmək olar. Mümkündür ki, Fərid elə İrana ayaq basdığı hava limanının ərazisində qəfil həbs edilib.
Rəşid Əliyev insidenti ilə paralellik
İranda azərbaycanlı tələbənin casusluq ittihamı ilə həbs olunması prinsip etibarilə ilk belə hal deyil. Analoji hadisə 2008-ci ilin oktyabrında da baş vermişdi - azərbaycanlı alim Rəşid Əliyev həbs olunmuşdu.
Rəşid Əliyev Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi olaraq İranın "Sazan Elektronics İndustry Company" şirkətinin dəvəti və BDU-nun razılığı əsasında başlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illərdə həmin şirkətdə çalışıb. Şirkət rəhbərliyi azərbaycanlı alimə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif etsə də, bu təklifləri qəbul etməyib və respublikaya qayıdıb.
Şirkət direktoru Eftexarinin təkidli xahişindən sonra, Əliyev sonuncu dəfə İrana qayıdıb. Lakin bu dəfə o, viza problemi bəhanə gətirilərək həbs edilib.
Rəşid Əliyev İran məhkəməsinin hökmü ilə saxta ittihamlarla, özünün iştirakı olmadan 3 il müddətinə azadlıqdan məhrum edilib. 1 il 10 ay həbsdə olandan sonra, avqustun 11-də azadlığa buraxılıb.
Həbsdən azad olunduqdan sonra da R. Əliyev dəfələrlə hədələnmiş, hətta İranın Azərbaycandakı keçmiş səfiri M. Bəhrami açıq şəkildə onu Azərbaycan agenti adlandırmışdı.
İrana səfərlər…
Rəşid Əliyev, Fərid Səfərli kimi nümunələr əslində çoxdur. Azərbaycan vətəndaşlarının İranda həbs edilməsi, incidilməsi ilə bağlı kifayət qədər faktlar mövcuddur.
Mövcud İran-Azərbaycan gərginliyi fonunda bu ölkəyə səfərlər yeni Rəşid Əliyev, Fərid Səfərli kimi insidentlərin yaranmasına gətirib çıxara bilər.
Məsələ ondadır ki, son dövrlər Azərbaycanda İranın casus şəbəkəsinin ifşa olunması, səs-küylü həbslərin həyata keçirilməsi qarşı tərəfi öz mahiyyətinə uyğun əməllərə əl atmağa vadar edir.
İran hazırda bu ölkəyə müalicə, təhsil, ticarət, turistik səfər edən bütün Azərbaycan vətəndaşına potensial casus kimi baxır. SEPAH-a bağlı xüsusi şəxslər bu insanlarla müxtəlif yollarla təmasa keçib onlara sonda casusluq təklif edir, rədd cavabı aldıqda isə “azərbaycanlı casus” yaradıb, onu həbs etmək yoluna baş vurur. İran bununla həm də diqqəti öz üzərindən yayındırmağa, əsl üzünü gizlətməyə cəhd edir.
İran bu gün dünyada terrora dəstək verən ölkə kimi tanınır. Təsadüfi deyil ki, bu gün molla rejiminin Sudan, İraq, Suriya, Əfqanıstan, Küveyt, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı, Mərakeş, Oman, Yəmən, Hindistan, Livan, Liviya və digər ölkələrdə yaratdığı “hizbullahçı” strukturları aktiv şəkildə fəaliyyət göstərir. İran bu strukturları Cənubi Qafqaza da tətbiq etmək istəyir.
Hesab edirəm, İrana səfərlər dövlət səviyyəsində rəsmən qadağan olunmalıdır. Hazırda sərhədlərin bağlı olması səbəbi ilə bəzi vətəndaşlarımız İrana üçüncü ölkələr vasitəsilə səfər edirlər. Bu isə daha təhlükəlidir.
Məsələyə başqa bir aspektdən baxdıqda hazırda dünyada düşmən münasibəti ilə seçilən ölkələrə vətəndaşların səfərlərinin qadağan olunması kimi nümunələr var. Buna misal kimi, ABŞ və Yaponiyanın öz vətəndaşlarının Şimali Koreyaya səfərini qadağan etməsini göstərmək olar. Bu ölkələrdə müvafiq qadağanı pozan şəxslərin 5 ildən 10 ilə qədər həbs edilməsi təcrübəsi belə var. Biz də hələlik belə bir sərt qadağa olmasa da, vətəndaşlarımız özü məsuliyyətini dərk etməlidir.
Turan RZAYEV
Politoloq
Bölməyə aid digər xəbərlər

Bu gün, 21:46
Ceyhun Bayramov Aİ komissarı ilə müzakirə aparıb
Bu gün, 12:57
Zakir Həsənov Çinə gedib
Bu gün, 11:56
Milli Məclisdə dinləmə keçiriləcək
Dünən, 16:23
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
Dünən, 10:07
Deputat: Məhkəmə qərarlarının 50 faizi icra olunmur
Dünən, 09:36
Tramp Böyük Britaniyaya ikinci dövlət səfərinə gəlib
16-09-2025, 22:31
Vardanyan Paşinyan, Minsk qrupu üzvləri və BQXK nümayəndələrinin dindirilməsini istəyir
16-09-2025, 12:45
Deputat: “Əvvəlcə ingilis-rus, sonra Azərbaycan dilində yazırlar”
16-09-2025, 11:39
Paşinyanı impiçment etmək istəyirlər
16-09-2025, 10:37
Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
16-09-2025, 09:45
Rusiyaya qarşı yeni sanksiyanın qəbulu təxirə salınıb
16-09-2025, 08:02
Ukraynada 1000-ə yaxın britaniyalı muzdlu həlak olub
15-09-2025, 13:49
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
15-09-2025, 13:03
Zakir Həsənov Bakıda Türkiyə Baş Qərargah rəisini qəbul edib
15-09-2025, 12:35
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
15-09-2025, 12:22
Fransanın yeni səfiri Bakıya gəlir
15-09-2025, 12:15
Bloger Məhəmməd Mirzəliyə qiyabi hökm oxunub - 6 il 6 ay həbs cəzası
15-09-2025, 10:43
Rusiyada azərbaycanlı İjevsk Şəhər Dumasının deputatı seçilib
15-09-2025, 09:05
NATO qoşunları Polşaya gələcək
12-09-2025, 15:54
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
12-09-2025, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
12-09-2025, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
12-09-2025, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
12-09-2025, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
11-09-2025, 23:47
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
11-09-2025, 08:08
USAID Ukraynanın kibertəhlükəsizliyinə 2 milyon dollar ayırıb
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək