Azərbaycan, Ermənistan və Aİ Şurasının liderləri Brüsseldə görüşəcək
Tarix: 14-07-2023 11:10 | Bölmə: Slayd
Azərbaycan, Ermənistan və Aİ Şurasının liderləri Brüsseldə görüşəcək

İyulun 15-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Mişelin Əliyev və Paşinyanla görüşünün yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00-da) başlayacağı planlaşdırılır.

Görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair məsələlər müzakirə olunacaq.




Bölməyə aid digər xəbərlər