Azərbaycana qarşı savaşmaq iqtidarında deyillər, amma... - Politoloq
Tarix: 15-07-2023 10:06 | Bölmə: Slayd
Azərbaycana qarşı savaşmaq iqtidarında deyillər, amma...

“Heç bir dövlət və beynəlxalq təşkilat Qarabağ ermənilərinə görə Azərbaycana təzyiq etmir və etməyəcək. Separatçılar ümid edirdilər ki, Rusiya Laçın yolunda sərhəd-keçid məntəqisinin formalaşmasının qarşısını alacaq. Onların bu ümidləri də puça çıxdı”.

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu "Xankəndidə mitinqlərə yenidən başlanmasının və Rusiya hərbi kontingentinin Xocalıdakı qərargahı qarşısında etiraz çadırlarının qurulmasının məqsədi nədir və bununla erməni separatçıları nəyə nail ola bilərlər”,- sualına cavabında deyib.

E. Şahinoğlu bildirib ki, separatçılar Birinci Qarabağ müharibəsi dövründəki kimi Ermənistan ordusu və rusiyalı genaralların dəstəyi ilə Azərbaycan ordusuna qarşı savaş açmaq iqtidarında deyillər və bunu etsələr, əllərindəkiləri də itirəcəklər: “İndi dövr fərqlidir. Yerdə qalır etirazlar təşkil etmək və bu yolla Kremlin, Vaşinqtonun, digər paytaxtların, o cümlədən beynəlxalq təşkilatların diqqətini cəlb etmək. Çünki anlayırlar ki, zaman onların əleyhinə işləyir, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da vurğulayıb ki, Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətinin bitməsinə iki il qalıb".


E. Şahinoğlu

Politoloqun fikrincə, separatçılar sona qədər dirənmək istəsələr də, bu dirəniş nə onların sosial problemlərini, nə də enerji təhcizatının həllini sürətləndirəcək.

E. Şahinoğlu əlavə edib ki, Rusiya hərbi kontingentinin fəaliyyətini diqqətlə izləməli, separatçılarla sövdələşmələrinin dərinliyini bilməliyik. “Rus hərbçiləri rüşvətə meyllidirlər, dünyadakı erməni lobbisinin onları ələ almaq üçün İrəvan üzərindən onlara maliyyə göndərəcəyini istisna etmirəm. Erməni lobbisi Birinci Qarabağ müharibəsi illərində də rusiyalı hərbçiləri separatçıların xeyrinə bu yolla ələ almışdılar",- deyə E. Şahinoğlu əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər