Musabəyov: “Oskanyan sakitləşmir, onun haqqında...”
Tarix: 15-07-2023 10:32 | Bölmə: Slayd
Musabəyov: “Oskanyan sakitləşmir, onun haqqında...”
Rasim Musabəyov

“Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan sakitləşməyəcək. Bu şəxs Brüssel görüşü ərəfəsində Nikol Paşinyana nəyi və necə etmək barədə mühazirə oxumağa başlayıb".

Bunu Reyting.az-a deputat Rasim Musabəyov deyib.

Musabəyovun sözlərinə görə, Ermənistan baş naziri Paşinyan komandasının nüfuzlu üzvlərindən biri, parlamentari və multimilyonçu Sukasyan bundan əvvəl ictimai xəbərdarlıq edərək, aidiyyatı qurumların Oskanyanın fəaliyyətini ciddi şəkildə öyrənməli olduğunu bildirib.

Musabəyov xüsusilə vurğulayıb ki, sonuncunun əvvəllər yaradılmış fond və tədqiqat mərkəzində donor vəsaitləri ilə çox şübhəli maliyyə əməliyyatları olub. Çox güman ki, onun maliyyə fırıldaqları ciddiyə alınacaq.

Deputat sonda onu da qeyd edib ki, V. Oskanyanın görüntüləri onun ağır xəstə və ya ağır içki aludəçisi təəssüratını yaradır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər