Rusiya İranı aldadıb: 50 ədəd “Su-35” qırıcısı Tehrana verilməyib
Tarix: 15-07-2023 13:22 | Bölmə: Slayd
Rusiya İranı aldadıb: 50 ədəd “Su-35” qırıcısı Tehrana verilməyib

Rusiyanın İrana verməli olduğu “Su-35” qırıcılarının böyük partiyası tədarük edilməyib və rəsmi Tehran 2023-cü ildə onları almaq istəyir.

Reyting.az
xəbər verir ki, hərbi texnikanın Moskvadan alınması ilə bağlı yaranmış problemlər İran Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Həmid Vahidinin açıqlamasından sonra məlum olub.

“Bourse & Bazaar” məlumatlı mənbələrə istinadla bildirir ki, Tehran Həsən Ruhaninin 2021-ci ildə başa çatan ikinci prezidentlik dövründə Moskvadan 50 döyüş təyyarəsi sifariş edib. Rusiya müqaviləni 2023-cü ildə yerinə yetirəcəyinə söz verib. İndi isə İran rəsmiləri arasında heç bir mənbə Moskvanın sözünün üstündə duracağını gözləmir.

“Su-35” qırıcılarının Rusiyadan alınmasına gəlincə, H. Vahidi dövlət televiziyasına müsahibəsində deyib ki, İranın onlara ehtiyacı var, lakin onların nə vaxt veriləcəyini bilmirlər.

Qeyd edək ki, əsasən 1979-cu il inqilabından əvvəl də xidmətdə olmuş Amerika təyyarələrindən ibarət hava qüvvələri donanmasını yeniləmək üçün Tehrana yeni döyüş təyyarələri lazımdır.

Hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko açıq mənbələrdəki məlumatlara istinadla bildirib ki, İran Rusiyaya təkcə kamikadze pilotsuz uçan aparatlar, döyüş sursatı, həmçinin raketlər üçün barıt, 122 mm-lik D-30 haubitsaları və T-72 tankları üçün 125 mm-lik haubitsalar üçün barıt verib.

Onu da qeyd edək ki, son dövrlər Moskva və Tehran arasında münasibətlərin gərginliyi müşahidə olunur. Çünki Rusiya İranın ərazi bütövlüyünü şübhə altına alıb. Rusiya Bəsrə körfəzindəki mübahisəli adalar məsələsinin beynəlxalq hüquq və dialoq əsasında həllinə dair ümumi bəyanata qoşulub. İran isə Rusiyanın bu məsələdə “mövqeyini düzəltməsini” istəyir.

Y. QACAR
Reyting.az





Bölməyə aid digər xəbərlər