Pentaqonda yeni qalmaqal: Türkiyə ilə bağlı hərbi və kəşfiyyat məlumatları Maliyə göndərilib
Tarix: 17-07-2023 10:48 | Bölmə: Slayd
Pentaqonda yeni qalmaqal: Türkiyə ilə bağlı hərbi və kəşfiyyat məlumatları Maliyə göndərilib

ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) illərdir təsadüfən bir çox məxfi və həssas daxili yazışmalar və məlumatların sızdırıldığı məlum olub. Sənədlərdə Türkiyə ilə bağlı məlumatların Afrikaya göndərildiyi müəyyən edilib.

Reyting.az
xəbər verir ki, Pentaqondakı sızma qalmaqalını “Financial Times” nəşri üzə çıxarıb. Qəzet müəyyən edib ki, Pentaqon daxilində gizli yazışmalar və sənədlər xəta səbəbindən illərdir başqa bir quruma göndərilib.

Qəzet ABŞ Müdafiə Nazirliyindəki məsul şəxslərin Malidəki bir internet provayderinə “təsadüfən” məxfi yazışmalar və həssas məlumatlar göndərdiyini bildirib. Göndərilənlər arasında Türkiyə ilə bağlı həssas məlumatlar da olub.

Yüksək vəzifəli məmurların səyahət təfərrüatları, vergi endirimləri və parollar kimi yüksək həssas məlumatların sızdığı yerlərdə diplomatik sənədlər də qeydə alınıb. Sənədlərdə ABŞ-ın yüksək vəzifəli məmurlarının səyahət təfərrüatları da açıqlanıb. Buna səbəbin orfoqrafik səhv olduğu güman edilir.

Pentaqonun rəsmi e-poçt uzantısının “MIL” olduğu bildirilərkən, Pentaqonun bir çox əməkdaşının “.ML” olaraq e-poçt göndərdiyi və buna görə də sənədlərin Maliyə getdiyi bəlli olub.

Hollandiyalı sahibkar və Malidə işləyən Yohannes Zuurbier bu vəziyyəti anladığını bildirib. Zuurbierin səhvən göndərilən təxminən 117 min mesajı gizlətdiyi də qeyd olunur. Yalnız ötən həftənin çərşənbə günü 1000 mesaj aldığını bildirən sahibkar deyib: “Bu risk realdır və ABŞ-ın düşmənləri bundan yararlana bilər”.

10 ildir müqavilə əsasında Malinin internet provayderinə xidmət göstərən Zuurbier bazar ertəsindən etibarən platformanın idarəçiliyinin Mali hökumətinə keçəcəyini deyib. Mali isə Rusiya ilə sıx müttəfiqliyi ilə tanınan ölkə kimi seçilir.

Qeyd edək ki, Mali hökuməti hələlik açıqlama verməyib.

Məlumata görə, sızdırılan sənədlər arasında hərbi bazalardakı şəxsi heyətin sayı, hərbi bazaların fotoşəkilləri və xəritələri, əsgərlərə qarşı şikayətlər və daxili araşdırmalar kimi təfərrüatlar da var.

“Financial Times”-in nəzərdən keçirdiyi sənədlər arasında general Ceyms Makkonvilin may ayında İndoneziyaya səfərinin bütün təfərrüatları olub. Sənədlərdə Makkonvilin qaldığı otelin təfərrüatları, otağın nömrəsi və nümayəndə heyətinin adları da var.

Hərbi Dəniz Qüvvələrində işləyən FTB agenti də Türkiyə ilə bağlı bəzi yazışmalar və məxfi məlumatları Maliyə göndərib. Eyni zamanda bu il Türkiyənin Vaşinqtondakı səfirliyinə göndərilməsi planlaşdırılan sənədlər də bu formada Maliyə gedib. Bu yazışmalardan biri “Fövqəladə hal” kodu ilə göndərilərkən, digərində “Terror təşkilatı PKK/YPG-nin Türk Hava Yollarının ABŞ-dakı ofis və iş yerlərini blokadaya alması, narahat etməsi və ya zəbt etməyi planlaşdıra biləcəyi” də ifadə edilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər