15:50 / 12-06-2025
Donald Tramp etirazçıları hədələyir
15:44 / 12-06-2025
Keçmiş rəisə 8 il 6 ay həbs cəzası verilib
14:57 / 12-06-2025
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
14:57 / 12-06-2025
İran AEBA-nın qətnaməni pisləyib
14:45 / 12-06-2025
Qubada tapılan meyitlə bağlı dəhşətli xəbər yayılıb
14:39 / 12-06-2025
Hindistanda təyyarə qəzaya uğrayıb - 133 nəfər həlak olub
14:07 / 12-06-2025
Prezident İlham Əliyev zavodun açılışında iştirak edib - Fotolar
14:01 / 12-06-2025
Ramil Həsən TÜRKPA-nın baş katibi seçilib
13:32 / 12-06-2025
Prezident Şahin Mustafayevlə bağlı sərəncam verib
13:28 / 12-06-2025
Müxalifətin baş naziri devirmək cəhdi uğursuz olub
13:21 / 12-06-2025
Tramp: Putin Ukraynadakı itkilərə əhəmiyyət vermir
13:18 / 12-06-2025
Siyavuş Novruzov: “Vətəndaşlar dövlətin, bələdiyyənin üzərinə gəlir ki..."
13:07 / 12-06-2025
İranı vurmağa hazırlaşırlar
12:38 / 12-06-2025
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə keçirilir
12:27 / 12-06-2025
Sabah 37 dərəcə isti olacaq - Proqnoz
12:22 / 12-06-2025
Moskvaya hücum: dronlar texnoparkı vurub - Foto
12:00 / 12-06-2025
Qış fırtınası: 49 nəfər ölüb, məktəblilərin avtobusu su altında qalıb
11:49 / 12-06-2025
Baş Qərargah: İndiyə qədər bir milyon rus hərbçisi zərərsizləşdirilib
11:15 / 12-06-2025
“TikTok”da dələduzluq edən şəxs saxlanılıb
11:01 / 12-06-2025
İlham Əliyev Putini təbrik edib
10:42 / 12-06-2025
Prezident İlham Əliyev iclas iştirakçılarına müraciət edib
10:23 / 12-06-2025
Xaricdə oxuyan 52 nəfərin diplomu tanınmayıb
10:11 / 12-06-2025
TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçib
10:00 / 12-06-2025
İrandan Azərbaycana 75 kq narkotik keçirilməsinin qarşısı alınıb
09:50 / 12-06-2025
Bakı məktəblərində attestat üçün 20 manatdan rüşvət yığırlar - Video
09:41 / 12-06-2025
DSMF sədrinə yeni müşavir təyin olunub
09:24 / 12-06-2025
Klinika rəhbərinin ölkədən çıxışına “stop” qoyulub
08:52 / 12-06-2025
30 yaşlı kişi "Niasitol"dan zəhərlənərək ölüb
07:47 / 12-06-2025
Prezident: “Latın Amerikasında demokratiya təhlükədədir”
07:42 / 12-06-2025
Astana “Power Central Asia+China” forumuna hazırlaşır
10:50 / 08-06-2025

23:25 / 07-06-2025

18:34 / 08-06-2025

22:58 / 08-06-2025

09:10 / 08-06-2025

10:05 / 08-06-2025

13:07 / 10-06-2025

09:31 / 09-06-2025

08:48 / 09-06-2025

22:32 / 09-06-2025

16:32 / 10-06-2025

21:10 / 09-06-2025

Beynəlxalq təşkilatlar Ermənistanın ekoloji cinayətlərinə göz yumur - Müraciət
Tarix: 17-07-2023 12:45 | Bölmə: Slayd

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva (Ombudsman) Ermənistan tərəfindən törədilən ekoloji cinayətlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Reyting.az-ın məlumatına görə, müraciətdə deyilir ki, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərini 30 il müddətində işğal altında saxlayan Ermənistan sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri törətməklə yanaşı, regionun ekoloji təhlükəsizliyinə də ciddi zərər vurub və vurmaqda davam edir.
Bildirilir ki, Ermənistanın münbit torpaqlara, su hövzələrinə, atmosferə, meşə fonduna, flora və faunaya, mineral sərvətlərə və enerji mənbələrinə vurduğu zərər təkcə ölkəmizdə deyil, bütövlükdə regionda ekoloji tarazlığın pozulması ilə nəticələnib. Bütün bunlar Ermənistanın ekoloji cinayətlər törətməsini, ekologiya və ətraf mühitlə bağlı qoşulduğu beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini bir daha sübut edir: “Lakin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların və beynəlxalq qeyri-hökumət təşkilatlarının Ermənistanın yaratdığı qlobal təhlükə mənbəyi olan problemə susqunluq nümayiş etdirməsi bizdə dərin təəssüf hissi doğurur”.
Ombudsmanın müraciətində qeyd olunur ki, ekoloji tarazlığın pozulması ilə nəticələnən cinayətlərin qarşısının alınması, cinayətkarların cəzalandırılması, bu sahədə mövcud beynəlxalq və milli qanunvericilik aktlarının tələblərinin hər bir dövlət tərəfindən icrasının təmin edilməsi qarşıda duran vacib problemlərdən biridir:
“Lakin mövcud ikili standartlar, beynəlxalq təşkilatların susqunluğu və cəzasızlıq mühitinin hökm sürməsi Ermənistanın qlobal və regional ekoloji problemlərə səbəb olan cinayətlərini davam etdirməsinə rəvac verir. Ermənistanın regional ekoloji problem yarada biləcək yeni təşəbbüslərindən biri də Azərbaycanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyən kəndində 16500 kvadratmetr sahədə illik istehsal gücü 180000 ton olan 70 milyon dollarlıq iri metallurgiya zavodunu inşa etmək istəyidir. Həmin ərazidə belə bir yeni zavodun tikilməsi və tullantıların Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına axıdılması nəinki bu çayın, eyni zamanda, Arpaçayın çirklənməsinə gətirib çıxara bilər. Tikiləcək zavodun fəaliyyəti nəticəsində havaya buraxılan zəhərli qaz fauna və floraya ciddi təsir göstərəcək. Həmçinin metallurgiya zavodu fəaliyyətə başlayarsa, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaq. Bununla Ermənistan yenə beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəalarını da kobud surətdə pozur. Ermənistanın da iştirakçısı olduğu bu konvensiyanın müddəalarına görə, iştirakçı dövlətlər öz ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır.
Bundan əlavə, istismar müddətinin bitməsinə baxmayaraq, hələ də Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının (AES) yalnız Azərbaycan və Ermənistanın özü üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün real təhlükə mənbəyi olduğunu xüsusilə qeyd etmək lazımdır.
Azərbaycan Ombudsmanı olaraq tərəfimdən hələ 2021-ci il 27 yanvar tarixində “Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə” Bəyanat qəbul edilmiş, beynəlxalq təşkilatlar Çernobıl və Fukuşimaya bənzər növbəti fəlakətin qarşısını almaq üçün stansiyanın təcili olaraq bağlanması, işinin təhlükəsiz şəkildə dayandırılması və radioaktiv tullantıların Beynəlxalq Atom Enerjisi Agentliyinin “İstifadə olunan Yanacaq İdarəetməsinin Təhlükəsizliyi və Radioaktiv Tullantıların İdarə Edilməsi Təhlükəsizliyi” haqqında Birgə Konvensiyasının, habelə AŞPA-nın 2007-ci il tarixli, 1588 saylı qətnaməsinin müəyyən etdiyi tələblərə uyğun şəkildə ciddi beynəlxalq nəzarət altına alınması üçün təcili tədbirlər görməyə çağırılmışdır.
Lakin Ermənistan beynəlxalq təşkilatların Metsamor AES-in fəaliyyəti ilə bağlı narahatlıqlarına belə əhəmiyyət verməmiş, bu stansiyanın fəaliyyətini 2026-cı ilə və ondan sonrakı müddətə qədər uzatmışdır.
Onu da qeyd edək ki, Ermənistanın iri mədən müəssisələri – Qacaran mis-molibden zavodunun və Qafan filiz emalı kombinatının, o cümlədən Ley-Liçkivaz qızıl yataqlarının kimyəvi tərkibə malik sularının uzun illər ərzində transsərhəd çay olan Oxçuçaya axıdılması bölgədəki bütün su ehtiyatlarının keyfiyyətinə mənfi təsir göstərir ki, bu da insanların yaşamaq və sağlam ətraf mühitdə yaşamaq hüquqlarını birbaşa təhlükə qarşısında qoyur.
Ermənistanın su mənbələrini qərəzli şəkildə çirkləndirməsi faktlarından biri də əkinçilik üçün yararlı torpaqların suvarılmasını təmin edən Sərsəng su anbarıdır. Yeri gəlmişkən, Avropa Şurasının Parlament Assambleyasının 2016-cı il 26 yanvar tarixli, 2085 saylı qətnaməsində Sərsəng su anbarının texniki parametrlər baxımından uyğunsuzluğunun insanların həyat və sağlamlığı üçün potensial təhlükə yaratdığı, eyni zamanda, ciddi fəlakətlərə yol açacağı vurğulanmış, Ermənistanın hərəkətləri qlobal ekoloji problemlərə gətirib çıxaran təcavüz aktı kimi qiymətləndirilmişdir.
Aparılmış araşdırmalar onu göstərir ki, işğaldan azad olunmuş torpaqlarda məhv edilmiş ekosistemin bərpası üçün uzun illər və külli miqdarda vəsait tələb olunur. Ölkəmiz üçün aktual məsələyə çevrilən, çoxsaylı insan itkilərinə və xəsarətlərə səbəb olan mövcud mina problemi yüz minlərlə keçmiş məcburi köçkünün doğma yurdlarına təhlükəsiz qayıdışını ləngitməklə yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə, eləcə də sülhə maneə yaradır.
Minalanmış ərazilərin, o cümlədən kütləvi məzarlıqların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı mütəmadi şəkildə beynəlxalq təşkilatlara və aidiyyəti qurumlara müraciətlər etsək də, əfsuslar olsun ki, Ermənistan hökuməti hələ də dəqiq mina xəritələrinin təhvil verilməsi istiqamətində hər hansı bir real addım atmır, müxtəlif bəhanələrlə bu işdən boyun qaçırır. Əksinə, beynəlxalq səviyyədə heç bir təzyiqə məruz qalmadığından daha da ruhlanaraq Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınmış və hazırda işğaldan azad olunmuş ərazilərində təxribat-diversiya qrupları vasitəsilə minalama prosesini davam etdirir, öz əməlləri ilə insanların həyat və sağlamlığına, o cümlədən ətraf mühitə ciddi təhlükə yaradır.
Bütün bunlar isə ilk növbədə Ermənistan Respublikasının tərəfdar çıxdığı “Ətraf mühitə istənilən hərbi və ya düşməncəsinə təsir vasitələrindən istifadənin qadağan edilməsi haqqında” 1976-cı il tarixli Konvensiya, “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” 1989-cu il tarixli Bazel Konvensiyası, “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” 1992-ci il tarixli Konvensiya və digər beynəlxalq müqavilələr üzrə öhdəliklərinə də məqsədli şəkildə əməl etmədiyini bir daha sübut edir.
Azərbaycan Ombudsmanı olaraq, ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatları, beynəlxalq qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını Ermənistanın törətmiş olduğu ekoloji cinayətlər nəticəsində yaranmış qlobal və regional ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi sahəsində mövcud beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və gələcəkdə bu kimi əməllərin təkrarlanmaması məqsədilə birgə qətiyyətli addımlar atmağa dəvət edirik".
Müraciət BMT Baş katibinə, BMT Təhlükəsizlik Şurasına, BMT İnsan Hüquqları üzrə Ali Komissarına, BMT Qaçqınlar üzrə Ali Komissarına, BMT İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətləri Ombudsman və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, “Human Rights Watch” və “Amnesty International” təşkilatlarına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına, xüsusilə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən BMT-nin Ətraf Mühit Proqramına, Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyə, Ətraf Mühitin Mühafizəsi Təşkilatına, Dünya Ətraf Mühit Mərkəzinə və BMT-nin Ətraf Mühit üzrə Xüsusi Məruzəçisinə göndərilib.
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
Bu gün, 13:07
İranı vurmağa hazırlaşırlar
Dünən, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
Dünən, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
Dünən, 12:12
Dron müharibəsinin dərsləri
Dünən, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb
2-06-2025, 14:02
50 minlik qoşun hücumdadır, Ukrayna Sumını itirə bilər - (Yenilənib)
2-06-2025, 11:00
Paşinyan kilsəyə niyə müharibə elan edib?
2-06-2025, 08:58
Azərbaycan ərazisində zəlzələ olub
1-06-2025, 20:08
Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
31-05-2025, 16:52
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)
30-05-2025, 18:30
Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır
30-05-2025, 14:10
Azərbaycan-Türkiyə-Pakistan ittifaqı qlobal xarakter daşıyır - Ekspert
30-05-2025, 13:00
Azərbaycan və Çin arasında viza ləğvi barədə saziş təsdiqlənib
30-05-2025, 12:44
Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - Sərəncam
30-05-2025, 11:35
Paşinyan “2018-in uğuru”nu xərcləyir - Yeni seçkilər “Vətəndaş müqaviləsi”nə nə vəd edir?
30-05-2025, 09:44
Xoş günlər zamanın sürətinə təsir edir?
30-05-2025, 07:59
COVID-in yeni ştammı daha təhlükəlidir
30-05-2025, 07:51
İki gün sonra sülh danışıqları olacaq