Səhər yeməyindən imtina erkən ölüm riskini artırır
Tarix: 18-07-2023 10:45 | Bölmə: Slayd
Səhər yeməyindən imtina erkən ölüm riskini artırır

Sağlam səhər yeməyi faydalı qidalanmanın əsas şərtidir.

Reyting.az
xəbər verir ki, sahənin ekspertləri səhər yeməyindən imtinanın ciddi fəsadları barədə xəbərdarlıq edirlər. Mütəxəssislərin apardığı təcrübələr göstərib ki, səhər yeməyindən vaz keçən insanlarda erkən ölüm riski bütün səbəblər məcmusunun 11 faizini təşkil edib.

“Müntəzəm surətdə səhər yeməyini yeyənlərlə günün ilk qida qəbulunu buraxanlar arasında vaxtından əvvəl ölüm riskinin fərqi 11 faizə bərabərdir. Həmin riskə meyilli kontingentin 40 faizi isə ürək-damar xəstəliklərindən dünyasını dəyişənlərdir”,- ekspertlər açıqlayıblar.

Bəs sağlam və faydalı səhər yeməyi necə olmalıdır?

Səhər qəbul edilən qidanın 4 əsas tərkib hissəsi:

Zəmin - əsas ərzaqlar (dənli bitkilər və meyvəköklülər);

Canlı - heyvan mənşəli (ət, yumurta, balıq);

Ağartı - süd, soya və onları emal edən ərzaqlar;

Maye - meyvə və tərəvəz şirələri.

LALƏ
Reyting.az




Bölməyə aid digər xəbərlər