Müdafiə Nazirliyinin iki generalı vəzifədən azad edilib
Tarix: 18-07-2023 12:38 | Bölmə: Slayd
Müdafiə Nazirliyinin iki generalı vəzifədən azad edilib

Müdafiə Nazirliyinin iki generalı vəzifədən azad edilib.

Reyting.az
"Bizim.Media"-ya istinadla xəbər verir ki, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb.

Elxan İbrahimov 2020-ci ilin iyulundan etibarən bu vəzifəni icra edirdi.

Vəzifəsindən uzaqlaşdırılan digər əxs isə Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanovdur.

General-leytenant Nizam Osmanov 23 iyul 2021-ci ildən Maddi-Texniki Təminat Baş İdarənin rəisi vəzifəsini icra edirdi.

Onu da qeyd edək ki, Elxan İbrahimov Müdafiə naziri Zakir Həsənovun yaxın qohumudur.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlansa da, hələlik cavab verilməyib.




Bölməyə aid digər xəbərlər