17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
ABŞ Rusiyanın müttəfiqlərini cəzalandırmağa başlayır
Tarix: 19-07-2023 17:08 | Bölmə: Slayd
ABŞ Rusiyanın müttəfiqlərini cəzalandırmağa başlayır

ABŞ Rusiyaya yardım etdiyinə görə Qırğızıstana sanksiyalar tətbiq edə bilər.

Reyting.az
-ın xəbərinə görə, “Vaşinqton Post” qəzeti yazır ki, iyul ayında ABŞ-ın Qırğızıstana qarşı sanksiyalar tətbiq edəcəyi gözlənilir.

Bildirilir ki, Qərb ölkələrindən hərbi mal almaq imkanından məhrum olan Moskva yardım üçün Mərkəzi Asiyanın keçmiş sovet respublikalarına müraciət edir.

Qeyd olunur ki, Bayden administrasiyası Qərb və Asiya mallarının daşınmasında Rusiya üçün kanala çevrilmiş Qırğızıstanın rolundan xüsusilə narahatdır.

Hesabatlar göstərir ki, Qırğızıstanın Rusiyaya ümumi ixracı 2022-ci ildə əvvəlki illə müqayisədə 250 faiz artıb. Bəzi əşyalar, məsələn, optik nişangahlar üçün Qırğızıstanın Rusiyaya bu cür əşyalar ixrac etdiyinə dair əvvəllər heç bir sübut olmayıb.

“Bir sıra amerikalı və avropalı diplomatların Qırğızıstanın paytaxtı Bişkekə bir neçə aylıq nəticəsiz səfərlərindən sonra Bayden administrasiyası ölkəni Rusiya Federasiyası ilə ticarəti dayandırmağa məcbur etmək üçün yeni iqtisadi tədbirlər hazırlayır. Sanksiya tədbirləri də həyata keçirilə bilər”,- deyə iki ABŞ rəsmisi bildirib.

Diplomatlar hansı sanksiyaların tətbiq oluna biləcəyini açıqlamasalar da, qeyd ediblər ki, əvvəllər belə hallarda sanksiyaların məhdudlaşdırılmasında və ya pozuntularda ittiham olunan şirkətlər “qara siyahı”ya salınırdı.

Qırğızıstanın Vaşinqtondakı səfirliyi isə bəyan edib ki, ölkə rəhbərliyi beynəlxalq normalara riayət etmək, qaçaqmalçılıq və digər qeyri-qanuni ticarətlə mübarizə aparmaq öhdəliyinə sadiqdir. Eyni zamanda, səfirlik tənqidçilərin “real iqtisadi kontekst”i nəzərə almadığını da bildirib.

“Qırğızıstan və Rusiya Avrasiya İqtisadi İttifaqının üzvləridir və ümumilikdə Rusiya bizim əsas ticarət tərəfdaşlarımızdan biridir”, - mesajda deyilir. Səfirlik əlavə edib ki, Qırğızıstanın bir milyondan çox vətəndaşı Rusiyada işləyir.

ABŞ diplomatları da Qırğızıstanın geosiyasi və iqtisadi çətinliklərini etiraf edirlər, baxmayaraq ki, onlar ölkənin bəzi qonşularının, hətta Moskvanın böyük təzyiqi qarşısında belə, sanksiyaları tətbiq etmək üçün daha səmimi səy göstərdiyini vurğulayırlar.

ABŞ-ın üçüncü ölkələr vasitəsilə Rusiyanın sanksiyalardan yan keçməsinin yolunu bağlamağa çalışdığı əvvəldən də məlum idi. Xüsusilə, Rusiyaya dəstək verdiyinə görə, may ayında ABŞ 71 şirkəti “qara siyahı”ya daxil edib. Daha sonra “qara siyahı”ya 69 Rusiya təşkilatı, Ermənistan və Qırğızıstandan isə bir təşkilat salınıb.

Bildirilir ki, Qərb müttəfiqlərinin səyləri öz bəhrəsini verir. Bu yaxınlarda Ermənistan, Qazaxıstan və Honq-Konq bankları paralel idxal vasitəsilə tədarük edilən prosessorları, mikrosxemləri və digər elektronika üçün Rusiya şirkətlərindən ödənişləri bloklamağa başlayıb.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər