Çin ABŞ-ı xəbərdar edir: “Cavabınızı verəcəyik”
Tarix: 20-07-2023 10:54 | Bölmə: Slayd
Çin ABŞ-ı xəbərdar edir: “Cavabınızı verəcəyik”

Çinin Vaşinqtondakı səfiri Şie Fınq ölkəsinin çip sənayesi və investisiyalarını hədəfə alan ABŞ-ın milli təhlükəsizlik tədbirlərinə cavab verəcəyi barədə xəbərdarlıq edib.

Reyting.az
xəbər verir ki, səfir Şie Fınq Kolorado ştatında keçirilən Aspen Təhlükəsizlik Forumundakı çıxışında ABŞ-ın Çinə qarşı addımlarını və iki ölkə arasındakı əlaqələri dəyərləndirib.

Şie Fınq deyib ki, çiplər də daxil olmaqla, ABŞ Çinə ixrac nəzarəti və sanksiyaları tətbiq edərkən ölkəsi səssiz qalmayacaq:

“Biz təxribat etməyəcəyik, amma təxribatlardan da qorxmayacağıq. Beləliklə, Çin lazımi cavabı verəcək”.

Çinin ABŞ-ın addımlarına “qisasa qisas” prinsipi ilə yanaşmadığını vurğulayan səfir əlavə edib ki, Pekin ticarət və texnologiya müharibəsi istəmir, əksinə, dəmir pərdə və silikon pərdə ilə vidalaşmağa çalışır.

Qeyd edək ki, Amerika mətbuatının yazdığına görə, ABŞ Ticarət Nazirliyi bu ay Nvidia və digər çip istehsalçılarının Çin və digər əlaqəli ölkələrdəki müştərilərə əvvəlcədən lisenziya almadan istehsal etdiyi çiplərin daşınmasını dayandırmaq üçün hərəkətə keçəcək. Çin həmçinin “milli təhlükəsizlik və maraqların müdafiəsi” səbəbi ilə çiplər və elektronika istehsalı üçün istifadə edilən qalium və germanium metallarının ixracını məhdudlaşdırıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər