Rusiyanın qərarı dünya bazarında buğdanı bahalaşdırıb
Tarix: 20-07-2023 15:51 | Bölmə: Slayd
Rusiyanın qərarı dünya bazarında buğdanı bahalaşdırıb

Rusiya bu gündən etibarən Ukraynanın Qara dəniz limanlarından yola düşəcək gəmiləri hərbi yük daşıyan nəqliyyat vasitəsi kimi qəbul edəcək. Rusiya tərəfinin bu açıqlaması dünya bazarında buğdanın bahalaşmasına səbəb olub.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, Rusiya Qara dəniz Taxıl sazişindən çıxdıqdan sonra Ukrayna limanlarına hücum ehtimalı artıb. Bu isə Çikaqo birjasında narahatlıqlara səbəb olub və düşünürlər ki, bu, qlobal tədarükə uzunmüddətli təsir göstərəcək. Bu səbəbdən də həmin birjada buğdanın qiyməti 1,6 faiz artaraq üç həftənin ən yüksək qiymətinə satılıb.

Məlumata görə, qarğıdalının qiymətində yüzdə 1 faiz artım qeydə alınıb. Lobiyanın əkildiyi ABŞ-ın orta qərb bölgəsində isə isti və quru hava proqnozu səbəbindən bu məhsulun qiyməti sabit qalıb.

Çikaqo birjasında ən yüksək ticarət həcminə malik olan buğdanın fyuçers müqavilələri dünən 8 faizdən çox artıb, bu gün isə yenidən 1,6 faiz artaraq 7,39 dollar/buşelə, yəni 271,5 dollar/tona yüksəlib.

Buğdanın qiyməti - 7,45 dollar və ya tonu 271 dollar.

Qarğıdalının qiyməti - 1 faiz artaraq 5,58 dollar və ya tonu 219,7 dollar.

Lobiyanın qiyməti (dəyişməyib) - 14,09 dollar/tonu 517,7 dollar.

Onu da qeyd edək ki, Ukrayna taxıl ixracatını davam etdirmək üçün müvəqqəti dəniz marşrutu yaratdığını elan edib.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər