17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Rusiyanın yüksək vəzifəli məmurlarına sanksiya tətbiq olunub
Tarix: 20-07-2023 19:53 | Bölmə: Slayd
Rusiyanın yüksək vəzifəli məmurlarına sanksiya tətbiq olunub

ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynaya qarşı müharibəsinə töhfə verən rusları məsuliyyətə cəlb etmək səyləri çərçivəsində Rusiya rəsmilərinə sanksiyalar tətbiq edib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Dövlət Departamenti cümə axşamı məlumat yayıb.

Sanksiya siyahısına Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində Rusiyanın maraqlarından çıxış edən və işğal rejiminin möhkəmlənməsinə kömək etməyə çalışan ruslar daxildir.

Söhbət xüsusilə Vladimir Putinlə sıx bağlı olan Rusiyanın “Yandex” şirkətinin korporativ inkişaf üzrə müşaviri Aleksey Kudrin və Rusiya Federasiyasının əsas səhmdarı olduğu almaz mədən şirkəti “PJSC Alrosa”-nın baş direktoru Pavel Mariniçevdən gedir.

Sanksiya siyahısında Rusiya Federasiyasının İqtisadiyyat nazirinin müavinləri İlya Torosov və Aleksey Xersontsevin, Sənaye və ticarət nazirinin müavini Vasili Osmakovun, Energetika nazirinin müavinləri Pavel Snikkars və Pavel Sorokinin, Maliyyə nazirinin müavini Leonid Qorninin, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini Sergey Korolev və Smolensk vilayətinin qubernatoru Vasili Anoxinin də adları var.

Ayrılıqda ABŞ Dövlət Departamenti rusiyalı Valeri Çekalova və Şimali Koreya vətəndaşı Yonq Hyuk Rim-ə qarşı da sanksiyalar tətbiq edib - onlar "Vaqner"in lideri Yevgeni Priqojinlə əlaqəlidirlər və Ukraynaya terrorçular üçün döyüş sursatının çatdırılmasına kömək ediblər.

Xatırladaq ki, ABŞ Rusiyanın hərbi-sənaye kompleksində hərbi sektor üçün sursat istehsalı və yüksək texnoloji inkişaflarla məşğul olan bir sıra şirkətlərə qarşı da sanksiyalar tətbiq edib.

ABŞ həmçinin bir neçə Qırğızıstan şirkətinə qarşı sanksiya elan edib ki, bu şirkətlər vasitəsilə Rusiya Qərb ölkələrinin tətbiq etdiyi məhdudiyyətlərdən yan keçib və ikili təyinatlı mal və texnologiyalar əldə edib.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər