Nəhəng və təhlükəli aysberq hərəkət etməyə başlayıb
Tarix: 21-07-2023 09:40 | Bölmə: Slayd
Nəhəng və təhlükəli aysberq hərəkət etməyə başlayıb

Antarktidadan qopan və bu yaxınlarda A23a indeksini almış nəhəng aysberq yenidən hərəkət etməyə başlayıb.

Reyting.az
“Arqumentı i Faktı”ya istinadla xəbər verir ki, 1986-cı ildə
qopan və bu yaxınlarda A23a indeksini almış aysberqin sahəsi təxminən 4170 kv.kilometrdir.

Sankt-Peterburqdan iki dəfə böyük olan nəhəng buz bloku ayda 150 kilometr sürətlə Antarktida sahilləri boyunca hərəkət edir.

Aysberq kommersiya və balıqçılıq gəmiləri üçün təhlükə yarada, toqquşmalara səbəb ola bilər.

A23a-nın gələcəkdə davranışı hava, okean axınları və sualtı topoqrafiya kimi müxtəlif amillərdən asılıdır.

“Planeta Today” xəbər verir ki, aysberqin açıq suya çıxarılması və əriməyə başlaması da daxil olmaqla, müxtəlif ssenarilər mümkündür.

Alimlər regionda ətraf mühit və insan fəaliyyəti üçün mümkün nəticələri daha dəqiq qiymətləndirmək üçün aysberqin monitorinqini davam etdirəcək və onun davranışı ilə bağlı proqnozlar verəcəklər.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər