Putinlə Priqojin son döyüşə hazırlaşır
Tarix: 21-07-2023 12:27 | Bölmə: Slayd
Putinlə Priqojin son döyüşə hazırlaşır

“Rusiya faktiki olaraq mafioz klanların nəzarətindədir. Xüsusilə, “Vaqner” dövlət deyil, mafiya klanıdır. Bu yaxınlarda mafioz klanların toqquşması baş verdi ki, bu da “heçə-heçə” ilə nəticələndi. Priqojin aktivlərinin və zirehli texnikasının əhəmiyyətli hissəsini itirsə də, əsas hissəsini özündə saxlaya bildir. İndi yenidən bir-biri ilə döyüşməyə hazırlaşırlar”.

Reyting.az
xəbər verir ki, bunu “Obozrevatel” nəşrinə müsahibəsində rusiyalı müxalif siyasətçi və jurnalist İqor Yakovenko deyib.

Yakovenko düşünür ki, Priqojin Putin rejiminin zəiflədiyi anı gözləyir və Moskvada ədalət marşının təkrarı olacaq.

Keçmiş deputat əlavə edib ki, Rusiyada Milli Qvardiya gücləndirilir: “Zirehli texnikalar ora axır. Putin sayca və silahlanma baxımından Ukraynada vuruşan ordudan qat-qat böyük olan daxili ordu yaradır”.

Onun sözlərinə görə, hazırda Daxili İşlər Nazirliyindən Milli Qvardiyaya ayrı-ayrı bölmələr, xüsusi təyinatlılar göndərilir.

“Əslində bu iki mafioz - Putin və Priqojin bir-biri ilə müharibəyə hazırlaşırlar. Rusiya imperiyasının növbəti parçalanması prosesi gedir. İndi o, gözümüzün qarşısında mafioz klanlara parçalanmağa başlayır”, - Yakovenko yekunlaşdırıb.

Onu da qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Vladimir Putinin qisasçı olduğunu deyib. Onun sözlərinə görə, Putin Priqojindən qisas almaq üçün münasib zaman gözləyir.

Y. QACAR
Reyting.az





Bölməyə aid digər xəbərlər