Ərdoğan İsveçə NATO-ya üzv olmaq üçün məsləhətlər verib
Tarix: 21-07-2023 17:35 | Bölmə: Slayd
Ərdoğan İsveçə NATO-ya üzv olmaq üçün məsləhətlər verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçə NATO-ya üzv olmaq üçün terrorla mübarizədə konkret addımlar atmağı tövsiyə edib.

Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, bu barədə o, Fars körfəzi ölkələrinə qastrol səfərindən qayıtdıqdan sonra jurnalistlərə bildirib.

Ərdoğanın sözlərinə görə, Türkiyə parlamentinin iş qrafiki İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası prosesini müəyyən edəcək.

“Terror təşkilatlarına qarşı mübarizədə və terrorçuların ekstradisiyasında konkret addımlar atsalar, İsveçin xeyrinə olardı”, - Türkiyə prezidenti bildirib.

O əlavə edib ki, Ankara “vədlərin tutulmasını” gözləyir.

Türkiyə hesab edir ki, İsveç Ankaranın terrorçu hesab etdiyi insanlara, əsasən də qanunsuz Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərinə qarşı çox az iş görür.

Bu yaxınlarda İsveç Ali Məhkəməsi Ankaranın terror qruplaşmasının üzvü hesab etdiyi iki Türkiyə vətəndaşının ekstradisiyasına qadağa qoyub.

Bildiyiniz kimi, NATO-nun Vilnüs sammitində Türkiyə İsveçin Alyansa daxil olmasının ratifikasiyasına razılıq verib.

Onu da qeyd edək ki, Türkiyədən başqa İsveçin üzvlüyü Macarıstan tərəfindən də ratifikasiya olunmayıb. İsveçin baş naziri hesab edir ki, Türkiyənin “vetosu” götürüldükdən sonra Macarıstan maneəyə çevrilməyəcək.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər