17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Krımda aerodroma, sursat və neft anbarına hücum ediblər - Foto
Tarix: 22-07-2023 18:58 | Bölmə: Slayd
Krımda aerodroma, sursat və neft anbarına hücum ediblər

İşğal altında olan Krımda pilotsuz təyyarələr Rusiyanın hərbi obyektlərinə hücum edib. Hücumun ehtimal olunan hədəfi Krasnoqvardeyski rayonundakı hərbi aerodromdur.

Reyting.az
xəbər verir ki, Krımın meri Sergey Akseonov faktı təsdiqləyib.

“Düşmən PUA-lardan istifadə etməklə Krım Respublikasının Krasnoqvardeyski rayonunun infrastruktur obyektlərinə hücuma cəhd edib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları mümkün fəsadların aradan qaldırılması üçün hadisə yerindədir. Bütün ixtisaslaşmış xidmətlər işləyir”, - S. Akseonov bildirib.

Yerli teleqram kanalları qara tüstünün göründüyü, ikinci dərəcəli partlayış səslərinin və yanan sursat anbarına xas olan xaotik partlayış səslərinin eşidildiyi videolar yayıb.

Neft bazasında da yanğın xəbərləri var.

Oktyabrskoye qəsəbəsindəki obyektlərə də hücum edildiyi bildirilir.



Aksenovun müşaviri Oleq Kryuçkov sosial şəbəkədə infrastruktur obyektlərindən videoların yayılmasına qəzəblənib. Onun sözlərinə görə, düşmən tərəfindən hücuma məruz qalıblar.

“Bu videoların müəlliflərini tanıyan hər kəsdən xahiş edirik ki, bu şəxslər barədə Daxili İşlər Nazirliyinə və ya FTX-yə məlumat versinlər. İnternetdə yerləşdirilən hərbi və ya mühüm obyektlərin videoları düşmənə işləyir” – o, Telegram-da yazıb.

Bir qədər sonra Krımın meri dronların sursat anbarına düşdüyünü təsdiqləyib və təxliyyə elan edib: “Krasnoqvardeyski rayonunda düşmən dronunun hücumu nəticəsində sursatı anbarında bir partlayış baş verib”.

Qeyd edək ki, bu gün səhər saatlarında bu yaxınlarda zədələnən Krım körpüsündə nəqliyyatın hərəkəti bağlanıb. Bu iki olayın üst-üstə düşməsinin səbəbləri açıqlanmır. Böyük ehtimalla PUA reydi və körpünün onların hədəfinə çevrilə biləcəyindən ehtiyatlandığı üçün belə bir qərar verilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər