Qubad İbadoğlu barəsində həbs qərarı verilib - Yenilənib
Tarix: 24-07-2023 16:28 | Bölmə: Slayd
Qubad İbadoğlu barəsində həbs qərarı verilib - Yenilənib

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu iyulun 23-də vəkili Zibeydə Sadıqova ilə birgə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (Bandotdel) dəvət edilib.

Reyting.az
xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.

Məlumata görə, araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

***

Digər mənbələr Qubad İbadoğlunun ofisində axtarış aparıldığını, özünün isə saxlanıldığını iddia edirlər.

Onu da qeyd edək ki, iqtisadçı-alim Q. İbadoğlu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri olsa da, partiya bu ilin əvvəlində buraxılıb.

***

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə DİN-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.

Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q. İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q. İbadoğlu saxlanılıb.

Hazırda tədbirlər davam etdirilir.

***

İyulun 24-də Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun barəsində həbs qətimkan tədbirinin seçiləməsi üçün məhkəməyə gətirilib. 

Reyting.az xəbər verir ki, məhkəmənin qərarı ilə onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər