Bir nəfərin ali hərbi rütbəsi, üç nəfərin dövlət təltifləri geri alınıb
Tarix: 24-07-2023 14:28 | Bölmə: Slayd
Bir nəfərin ali hərbi rütbəsi, üç nəfərin dövlət təltifləri geri alınıb

Azərbaycan prezidenti İlham Əliyev Mövlam Şixəliyevin, Sahib Ələkbərovun və Yasin Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında sərəncam imzalayıb.

Reyting.az 
xəbər verir ki, sərəncamda deyilir:

“Mövlam Məmmədismayıl oğlu Şixəliyevin, Sahib Yunus oğlu Ələkbərovun və Yasin Seyfulla oğlu Məmmədovun ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmaları barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Bakı Hərbi Məhkəməsinin təqdimatlarını əsas götürərək qərara alıram:

1. Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilsin.

2. Aşağıdakı şəxslər “Vətən uğrunda” medalından məhrum edilsinlər:

2.1. Sahib Yunus oğlu Ələkbərov;

2.2. Yasin Seyfulla oğlu Məmmədov.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.




Bölməyə aid digər xəbərlər