Daha 19 ailə Laçına yola salınıb - Fotolar
Tarix: 25-07-2023 08:49 | Bölmə: Slayd
Daha 19 ailə Laçına yola salınıb

Bu gün Böyük qayıdış çərçivəsində 89 nəfərdən ibarət 19 ailə doğma yurdu Laçına yola salınıb.

Reyting.az
xəbər verir ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 152 ailə, yəni 591 nəfərin daimi məskunlaşması təmin edilib.(Report)











Bölməyə aid digər xəbərlər