ABŞ Dövlət Departamenti Qubad İbadoğlunun həbsini diqqətdə saxlayır
Tarix: 25-07-2023 11:20 | Bölmə: Slayd
ABŞ Dövlət Departamenti Qubad İbadoğlunun həbsini diqqətdə saxlayır

ABŞ Dövlət Departamenti Azərbaycanda həbs edilən müxalifət partiyasının sədri Qubad İbadoğlunun həbsini yaxından izlədiyini bildirib.

Reyting.az
xəbər verir ki, bu barədə "Turan" agentliyi açıqlama yayıb.

“Biz Qubad İbadoğlunun həbsini yaxından izləyirik… Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır”, – Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat brifinqində "Turan"-nın suallarını cavablandırarkən deyib.

“Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun Azərbaycanın konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq”.

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, nüfuzlu iqtisadçı alim (bu yaxınlarda ABŞ-ın Rutgers Universitetində çalışıb) iyulun 23-də saxlanılıb. Polisdən bildiriblər ki, İbadoğlunun Bakıdakı (yaşamadığı) mənzilindən 40 min dollarlıq saxta əskinaslar tapılıb.




Bölməyə aid digər xəbərlər