Atom elektrik stansiyasının ərazisi minalanıb
Tarix: 25-07-2023 12:31 | Bölmə: Slayd
Atom elektrik stansiyasının ərazisi minalanıb

Rusiya hərbçilərinin nəzarətində olan Zaporojye atom elektrik stansiyasının (AES) ərazisinə minalar döşənib. Reyting.az xəbər verir ki, piyada əleyhinə minaları Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ekspertləri aşkar ediblər.

MAQATE-nin bəyanatında deyilir ki, mütəxəssislər elektrik stansiyasının perimetri ətrafında xarici və daxili hasar arasında yerləşdirilən bir neçə mina görüblər.

Bəyanatda qeyd olunur ki, partlayıcı maddələrin olması MAQATE-nin təhlükəsizlik standartlarına ziddir və işçilərə əlavə psixoloji təzyiq yaradır.

MAQATE ekspertlərinin ilkin qiymətləndirməsinə görə, bu minaların partlaması elektrik stansiyasının nüvə təhlükəsizliyinə təsir etməməlidir.

Qeyd olunur ki, ötən günlər və həftələr ərzində Beynəlxalq Atom Enerjisi Agentliyinin stansiyada yoxlama aparan ekspertləri ərazidə ağır hərbi texnika aşkar etməyiblər.

Bununla belə, bəyanatda vurğulanır ki, MAQATE nümayəndələrinə Zaporojye AES-in reaktorlarının və turbin salonlarının damlarına, o cümlədən xüsusi maraq doğuran üçüncü və dördüncü enerji bloklarına giriş qadağan edilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər