İran Rusiyaya yeni PUA-lar göndərəcək - Foto
Tarix: 25-07-2023 14:26 | Bölmə: Slayd
İran Rusiyaya yeni PUA-lar göndərəcək

Ukraynanın Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat İranın bu yaxınlarda təqdim etdiyi yeni “Şahed-149” pilotsuz uçuş aparatı (PUA) ilə bağlı məsələyə münasibət bildirib.

Reyting.az
-ın məlumatına görə, Hərbi Hava Qüvvələri Komandanlığının spikeri Yuri İqnat deyib ki, Ukrayna müxtəlif tipli PUA-ların hücumlarına hazır olmalıdır.

O, bunu telemarafonun efirində İranın təqdim etdiyi yeni “Şahed-149” Qəzza PUA-nın görünüşünü şərh edərkən bildirib.

Spiker Tehranın Ukrayna ərazilərinin yenidən atəşə tutulması üçün bu silahları Rusiyaya verə biləcəyini qeyd edib: “Mən bu barədə konkret məlumat verə bilmərəm. İranın çoxlu pilotsuz təyyarələri var, təəssüf ki, bizə qarşı işləyir”.

Y. İqnat qeyd edib ki, Ukrayna səmlarında təkcə “Şahed” dronları olmayıb, dəfələrlə “Mücahid-6” dronları da vurulub: “İran istəsə, hər şeyi Rusiyaya ötürə bilər. Eyni qanadlı raketə oxşayan “Araş-2” də müzakirə olunur. Ona görə də belə şeylərə hazır olmaq lazımdır, çünki pilotsuz uçuş aparatlarından istifadə davam edəcək”.



İqnat əlavə edib ki, Ukrayna həm zərbə tipli pilotsuz təyyarələr sənayesini, eləcə də PUA-lar üçün əks tədbirləri inkişaf etdirməlidir: “Rusiya Ukraynaya qarşı müharibədə İranın Moskvaya verdiyi kamikadze dronlarından da istifadə edir”.

Xatırladaq ki, ötən gün İran “Şahed-149” Qəzza pilotsuz təyyarəsinin təkmilləşdirilmiş versiyasını təqdim edib. Tehran kəşfiyyat və müşahidə imkanlarını artırmaq üçün pilotsuz təyyarəyə arxalanır. “Iran Aircraft Manufacturing Industries Corporation” tərəfindən istehsal olunan “Şahed-149” Qəzza pilotsuz döyüş təyyarəsi ilk dəfə 2021-ci ilin mayında təqdim edilib. İndi onun ən yüksək performansa malik yenilənmiş versiyası hazırlanıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər