Mars planetində nəhəng obyekt aşkar edilib - Fotolar
Tarix: 25-07-2023 15:46 | Bölmə: Slayd
Mars planetində nəhəng obyekt aşkar edilib

Mars planetinin səthində çıxıntılı və nəhəng obyekt aşkar edilib. Bu, NASA-nın paylaşdığı fotolarda diqqət çəkib və qısa müddət ərzində dünya mediasında yadplanetli məsələsinin yenidən müzakirəsinə səbəb olub.

Reyting.az
xatırladır ki, alimlər uzun illərdir Marsda yaşadığı iddia olunan canlıların izlərini axtarırlar. Qeyd olunur ki, Qırmızı planetin Şimal bölgələrində çay yataqlarının və donmuş suların olması orada həyat ehtimalını artırır. Milyardlarla il əvvəl 10-20 dərəcə arasında istiliyin olduğu Marsda bu gün temeratur orta hesabla -57 dərəcədir. Bu vəziyyətə təsir edən ən böyük amil atmosferdir.

Marsın atmosferi olsa da, qat kimi çox nazikdir. Bu kontekstdə irəli sürülən nəzəriyyələrdən biri də Marsdakı mikroskopik canlıların temperaturun aşağı düşməsi ilə planetin dərinliklərinə enməsidir.

İngilis mətbuatı Marsda indiyə qədər kəşf edilən ən qəribə görüntülərdən biri haqda yazıb. Sözügedən sivri uçlu çıxıntılı cismin yerdənkənar ağıllı həyat formalarına aid olması ehtimalı da gündəmə gəlib.

NASA-nın paylaşdığı fotoşəkilləri şərh edən ekspertlər bildiriblər ki, çıxıntıların planetimizdə yeddi və daha yuxarı bal gücündə zəlzələlər zamanı meydana çıxan yerdəki “qum tikanları” kimi tanınan şeylərə bənzəyir.

Aston Universitetinin professoru Riçard Armstronq deyib ki, Marsdakı bu strukturlar çox qeyri-adi və unikaldır.

Armstronqun fikrincə, tapıntının uçan naməlum obyekt (UNO) olma ehtimalı çox azdır, lakin heç nəyi istisna etmək olmaz.

Digər tərəfdən, sözügedən obyektin Yerdən göndərilən tədqiqat alətləri ilə əlaqəsi olduğu düşünülmür.






ELÇİN




Bölməyə aid digər xəbərlər