Ermənilər “Laçın” buraxılış məntəqəsinin qarşısında təxribat planlaşdırır
Tarix: 25-07-2023 20:46 | Bölmə: Slayd
Ermənilər “Laçın” buraxılış məntəqəsinin qarşısında təxribat planlaşdırır

Ermənistan tərəfi 26 iyulda “Laçın” buraxılış məntəqəsinin qarşısında növbəti təxribat planlaşdırır.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti əldə etdiyi məlumata əsasən bildirib.

Məlumata görə, buraxılış məntəqəsinin Ermənistan tərəfdə olan girişində müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etmək istəyən ermənilər ictimai rəyi yenidən çaşdırmağa çalışırlar.

Dövlət Sərhəd Xidməti Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırır.

Bir daha qeyd olunur ki, mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcəkdir.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər