Rusiyada Avropa və Qərb ölkələrinin milyardlarla dollar dəyəri olan şirkətlərini ələ keçirirlər
Tarix: 26-07-2023 17:31 | Bölmə: Slayd
Rusiyada Avropa və Qərb ölkələrinin milyardlarla dollar dəyəri olan şirkətlərini ələ keçirirlər

Rusiyada “Danone” və “Carlsberg” müəssisələri “milliləşdirildikdən” sonra bu ölkənin bazarını tərk etməyi planlaşdıran xarici şirkətlər öz aktivlərinə alıcı tapmayacaqlarından ehtiyat edirlər.

Reyting.az
“Bloomberg”ə istinadla bildirir ki, Rusiyada fabriklərin tikintisinə milyonlarla sərmayə qoyan “Nestle” və “Reckitt Benckiser”, eləcə də “PepsiCo” və “Mars” bu əmlaklarını itirmək riski ilə üzləşiblər.

“Rusiyada Qərbin aktivləri artıq təhlükəsiz deyil. Bu, müharibədə yeni bir sərhəddir. Kreml daha uzağa getsə, 90-cı illərə qayıdacaq: aktivlərin daha gəlirli sahiblərə yenidən bölüşdürülməsi”, - deyə Berlindəki Karnegi Rusiya-Avrasiya Mərkəzinin tədqiqatçısı Aleksandra Prokopenko bildirib.

Eyni zamanda, Vaşinqtondakı Vilson Mərkəzinin Kennan İnstitutunun direktoru Uilyam Pomerantzın da qeyd etdiyi kimi, Putin xarici şirkətlərin aktivlərini öz əlaltılarına paylamağı planlaşdırır: “Putinin hakimiyyət axtarışlarının bir hissəsi olaraq, o, Rusiyadakı bir çox iqtisadi aktivləri cəmləyib siyasi mövqeyini gücləndirmək üçün əlaltılarına verəcək”.

Aprel ayında Putin dövlətə ABŞ və onun müttəfiqləri də daxil olmaqla “dost olmayan” ölkələrdən olan şirkətlərin və ya şəxslərin aktivlərinə müvəqqəti nəzarəti ələ keçirməyə icazə verən fərman imzalayıb.

Qeyd edək ki, 17 İyul 2023-cü ildə Rusiyanın bir anda iki qlobal brendi ələ keçirdiyi məlum oub. Federal Əmlakın İdarə Olunması Agentliyi “Baltika”nın 100 faizini, o cümlədən İsveçin “Carlsberg” hüquqi şəxsə məxsus payının 98,56 faizini, Almaniyanın “Carlsberg” hüquqi şəxsinə aid olan 0,09 faizini və “Hoppy Union” MMC-nin 1,35 faizini alıb.

Bundan başqa, “Danone” şirkətinin Rusiyadakı biznesinin 100 faizi (83 milyard 292 milyon 493 min “Produits Laitiers Frais Est Europe” və 85 min “Danone Trade” səhmi) Kremlin nəzarətinə keçib.

Hazırda “Danone” prezident Vladimir Putinin müvafiq fərmanı imzalamaqla Rusiya aktivlərinin “milliləşdirilməsi”nə cavab olaraq “hərəkətə keçməyi” planlaşdırır. İyulun 19-da Putinin seçilmiş dünya brendini Kadırovun qardaşı oğluna verdiyi məlum olub.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər