Politoloq: "Beynəlxalq aləmin diqqətini Qarabağa yönəltmək istəyirlər"
Tarix: 27-07-2023 13:12 | Bölmə: Slayd
Politoloq: "Beynəlxalq aləmin diqqətini Qarabağa yönəltmək istəyirlər"

"Ermənistan hakimiyyətinin “humanitar” yüklərlə dolu avtomobil karvanını Laçın istiqamətinə yönəltməsi hiyləgər plandır və bu işin üzərində müxtəlif mərkəzlər çalışıblar. Rusiya və İran bu məsələdə ortaq mövqedən çıxış edir, Qarabağ separatçılarına açıq və gizli dəstək verirlər. Yəni müxtəlif güclər Azərbaycana qarşı birləşiblər".

Bunu Reyting.az-a politoloq Elxan Şahinoğlu “Laçın” sərhəd-keçid məntəqəsi ətrafında yaranmış vəziyyətdən danışarkən deyib.

Onun sözlərinə görə, sərhəddə yaranmış vəziyyət Azərbaycana qarşı psixoloji və informasiya savaşının tərkib hissəsidir, bununla beynəlxalq aləmin diqqətini Rusiya-Ukrayna müharibəsindən Qarabağa yönəltmək istəyirlər.

Şahinoğlu bildirib ki, ermənilər hazırkı yükləri Laçın yolundan keçirməyə nail olsalar, karvanın davamı gələcək: "Ona görə də Ağdam istiqamətindən geri addım atmamalıyıq”.

Politoloq əlavə edib ki, kimin nə deməsindən asılı olmayaraq, xarici ölkədən yük məmləkətimizə Azərbaycanın müəyyənləşdirdiyi məntəqədən keçirilməlidir.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər