Həm rəqib, həm də müttəfiq: Ankara Pekini öz tərəfinə çəkmək istəyir
Tarix: 27-07-2023 19:26 | Bölmə: Slayd
Həm rəqib, həm də müttəfiq: Ankara Pekini öz tərəfinə çəkmək istəyir

2011-ci ildən bəri uzanan fasilədən sonra Pekindən Ankaraya ən yüksək səviyyəli səfər edən Çinin yeni təyin olunmuş xarici işlər naziri Vanq Yinin türkiyəli həmkarı Hakan Fidan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündə əməkdaşlığın dərinləşdirilməsi, xüsusilə də iqtisadiyyat müzakirə olunub.

Reyting.az
xəbər verir ki, bu barədə “Al Monitor” yazıb.

ABŞ nəşrinin təhlilində qeyd olunur:

Türkiyənin prezident dəftərxansından verilən məlumata görə, Ərdoğan və Vanq iki ölkə arasında ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq məsələləri də müzakirə ediblər. Ərdoğan Çinin “Bir Kəmər-Bir Yol” təşəbbüsünün Türkiyənin şərq sərhədini türk respublikaları ilə birləşdirən və dəhliz yaratmaq məqsədi daşıyan “Orta Dəhliz” layihəsi ilə uzlaşdırılması üçün yaradılmış Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclasını keçirmək arzusunu ifadə edib.

Xatırladaq ki, “Orta Dəhliz” Xəzər hövzəsi vasitəsilə Mərkəzi Asiya və Çinlə əlaqə yaradacaq.

Türkiyənin ictimai yayımı TRT-nin məlumatına görə, Fidan və Vanq arasında iqtisadi və ticari əlaqələrin gücləndirilməsi də əsas gündəm mövzusu olub.

TRT Türkiyə diplomatik mənbələrinə istinadla xəbər verib ki, iki baş diplomat nüvə enerjisi, kənd təsərrüfatı, mülki aviasiya, mədəniyyət və turizm kimi müxtəlif sahələrdə qarşılıqlı investisiyaların və əməkdaşlığın artırılması istiqamətində atılacaq addımları müzakirə ediblər.

Vanqın Türkiyəyə səfəri, NATO-nun “Asiya əjdəhsı”nı “kosmos, kiber və dəniz sahələrində qaydalara əsaslanan beynəlxalq nizamı pozmağa çalışmaqda” ittiham etməsindən (bu, Vilnüs sammitindən sonra yekun kommünikesində qeyd olunub) üç həftə sonra Çindən NATO üzvü olan ölkəyə ilk yüksək səviyyəli səfəri oldu.



Türkiyənin əcnəbi valyuta böhranını yüngülləşdirmək üçün xaricdən vəsait cəlb etməyə can atan Ərdoğan ortaq mesajda NATO kommunikesindəki vurğudan ehtiyatla uzaqlaşıb.

İyulun 12-də NATO sammitinin yekununda çıxış edən Ərdoğan Pekini kənara qoymamaq barədə xəbərdarlıq edib: “Qlobal təhlükəsizlik risklərinin artdığı bir vaxtda Asiya-Sakit Okean regionunda tərəfdaşlarımızla hərtərəfli əməkdaşlığı və siyasi dialoqu inkişaf etdirmək təbiidir. Həm ikitərəfli səviyyədə, həm də NATO vasitəsilə. Görüş zamanı mən xüsusilə vurğuladım ki, bu əlaqələr üçüncü ölkəni hədəf almadan gücləndirilməlidir”, - deyə o, Çinə eyham vuraraq bildirib.

Ankaranın təkliflərinə baxmayaraq, analitiklər siyasi mövqelərin və iqtisadi rəqabətin iki ölkə arasında əməkdaşlığı məhdudlaşdıracağına inanırlar. Ankara-Pekin əlaqələrində ən çətin məsələ Çinin türk-uyğur azlığına münasibətidir.

2009-cu ildə Çini uyğurlara qarşı “soyqırım” törətməkdə ittiham etdikdən sonra Ərdoğan və hökuməti “Asiya əjdahası” ilə münasibətləri düzəltmək üçün bu məsələdə geri çəkilib Pekinə qarşı tənqidi fikirləri tədricən kəsdi. Ankaranın uyğur müxaliflərə ölkə içində qadağa qoyması Ərdoğanın 2019-cu ildə Çinə dövlət səfəri ilə nəticələndi. Nəhayət, Vanq 2021-ci ildə Türkiyəyə cavab səfəri etdi.

Bununla belə, Ankaranın uyğur məsələsini və ikitərəfli əlaqələri iki ayrı yol kimi saxlayaraq, Pekinlə əlaqələri “bölüşdürməsi” üçün hələ görüləsi çox işi var.

Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun Türk Araşdırmalar Proqramının direktoru Soner Çağaptay deyib ki, Türkiyənin uyğur problemi ilə bağlı Çinlə münasibətləri düzəltmək səyləri Pekinin Ankaraya olan etibarını tam bərpa etməyib.

Cağaptay “Al Monitor”-a deyib:

“Münasibətdə güvən yoxdur. Bu problemin mahiyyətində Türkiyənin uyğur diasporu və təbii ki, Çindəki uyğurlarla dərin və tarixi əlaqələri dayanır”.

Ekspert əlavə edib: “Türkiyə bir daha susdu və uyğur diasporu da susmağa məcbur oldu. Lakin çinlilər çox yaxşı bilirlər ki, Türkiyə hələ də Çindən kənarda siyasi baxımdan uyğur diasporunun ən böyük mərkəzidir”.

Yeri gəlmişkəna, Yeni Xətlər Strategiya və Siyasət İnstitutundan Nikolas Herasın fikrincə, Türkiyənin özünü Qərb şirkətləri üçün istehsal mərkəzi kimi göstərmə səyləri və türkdilli Orta Asiya respublikası ilə artan əlaqələri əsas rəqabət sahələri kimi önə çıxır.

Heras bildirib: “Türkiyə həm Çin sərmayəsinin onun daxili iqtisadi problemlərini yüngülləşdirməyə kömək etməsini istəyir, həm də Türkiyəni Çinin qlobal gücünə qarşı çıxmaq istəyən özünün ABŞ və Avropa tərəfdaşları kimi iqtisadi sərmayə baxımından Çin üçün əsas alternativ olmağa çalışır”. Bu barədə “Al Monitor” məlumat yayıb.

“Mərkəzi Asiya daha geniş türk dünyasında Türkiyənin Çinin timsalında təbii bir “düşmən”i var, çünki Çin bu ölkələrin bir neçəsinə dərin sərmayə qoyur və bununla da Türkiyənin təsirini zəiflədir”, - deyə Heras əlavə edib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər