SOCAR-ın 5 vitse-prezidenti vəzifədən azad edilib - Fotolar (Yenilənib)
Tarix: 28-07-2023 17:14 | Bölmə: Slayd
SOCAR-ın 5 vitse-prezidenti vəzifədən azad edilib

Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, Yaşar Aydın oğlu Lətifov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib.

Xatırladaq ki, Lətifov Yaşar Aydın oğlu 1965-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə İ.M.Qubkin adına Moskva Neft və Qaz İnstitutunu “Neft və qaz yataqlarının işlənməsi texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə “Azneft” İB-in 2 saylı Binəqədi NQÇİ-də operator kimi başlayıb, daha sonra usta və sahə rəisi vəzifəsinə keçirilib. 1989-cu ildən etibarən Vyetnam, Rusiya, Böyük Britaniya və Türkiyədə beynəlxalq səviyyəli uzunmüddətli layihələrdə fəaliyyət göstərib. 2012-ci ildən SOCAR prezidentinin müşaviri və “AÇG”, “Şahdəniz” layihələrinin aktivləri üzrə SOCAR-ın maraqlarının idarə edilməsi ilə məşğul olan “SOCAR Upstream Management International” MMC-nin icraçı direktoru vəzifəsində çalışıb.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunub. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2017-ci ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

***

Prezident İlham Əliyev SOCAR-ın daha 3 vitse-prezidentini vəzifələrindən azad edib.

Reyting.az
xəbər verir ki, müvafiq sərəncamlarla Bədəl Şamil oğlu Bədəlov, Xalik Rəfi oğlu Məmmədov, Süleyman Mehrəli oğlu Qasımov və Daşqın Ələm oğlu İskəndərov yola salınıblar.








Bölməyə aid digər xəbərlər