Milyonçunun doğranmış cəsədi çamadanda tapılıb
Tarix: 28-07-2023 20:08 | Bölmə: Slayd
Milyonçunun doğranmış cəsədi çamadanda tapılıb

Bir vaxtlar pizza biznesi ilə məşğul olan, sonra sosial media üzərindən kriptovalyuta sataraq milyonlar qazanmış 41 yaşlı fenomen Fernando Peres Alqabanın meyiti çamadandan çıxıb. Cinayət işini araşdıran polis bir nəfər şübhəli şəxsi saxladıqdan sonra qətlin təfərrüatları çoxlarını təəccübləndirib.

Reyting.az
xəbər verir ki, Buenos-Ayresin İngeniero Budce qəsəbəsində dərənin kənarında oynayan uşaqların tapdıqları qırmızı çamadanda itkin düşmüş milyonçunun bədən hissələri aşkar edilib.

Uşaqların valideynlərinin polisə müraciətindən sonra ərazidə genişmiqyaslı araşdırmalara başlanılıb.

Məlumata görə, çamadanda Fernando Peres Alqabanın qolları və ayaqları tapılıb.

"El Pais" nəşri xəbər verir ki, səlahiyyətlilər çərşənbə günü itkin düşmüş şəxsin baş və gövdə hissəsini aşkar ediblər.

"Nev York Post" qəzeti yazır ki, meyit hissələrinin Alqabaya məxsus olduğu sübuta yetirilib.

İlk müayinədən sonra 41 yaşlı kişinin bədəninin çox peşəkarcasına kəsildiyi müəyyən edilib.

Yarılma zamanı qurbanın parçalanmazdan əvvəl üç dəfə güllələndiyi məlum olub.

Qeyd edək ki, bir müddət pizza satıcısı olan fenomenin İnstaqramda 1 milyona yaxın izləyicisi var. O, sosial media hesablarında kriptovalyutların reklamı ilə milyonlar qazanıb.

Onu da qeyd edək ki, Barselonada dəbdəbəli həyat tərzi ilə diqqət çəkən 41 yaşlı kişi qətlindən bir həftə əvvəl Argentinaya gəlib.

ELÇİN




Bölməyə aid digər xəbərlər