Yaşamaq üçün ən rahat şəhərlər... - İlk yeri hansı ölkədəki yaşayış məskəni tutur?
Tarix: 29-07-2023 15:31 | Bölmə: Slayd
Yaşamaq üçün ən rahat şəhərlər... - İlk yeri hansı ölkədəki yaşayış məskəni tutur?

Koronavirus epidemiyası bitdikdən sonra dünyanın bir çox şəhərlərində həyat keyfiyyəti yenidən yüksəlməyə başlayıb. Reyting.az xəbər verir ki, “Economist Intelligence” bu barədə məlumat yayıb.

173 şəhəri sabitlik, səhiyyə xidmətləri, mədəniyyət, ətraf mühit, təhsil və infrastruktur kateqoriyalarında qiymətləndirən Qlobal Yaşayış Qabiliyyəti İndeksinə əsasən, son 15 ildə yaşam səviyyələrində ən böyük artım qeydə alınıb. Bu artımda Asiya, Yaxın Şərq və Afrikada səhiyyə xidmətləri və təhsil sahəsində əldə olunan nailiyyətlər də rol oynayır.

Digər tərəfdən, Kiyev kimi şəhərlərdə davam edən münaqişə və ya yaşayış qiymətlərinin yüksək olması səbəbindən sabitlik göstəricilərində azalma müşahidə olunur.

Avstriyanın paytaxtı Vyana indeksin zirvəsində - yaşam səviyyəsinə görə birinci yerdədir. Bu şəhər yalnız 2021-ci ildə siyahıda yerini dəyişib. Çünki onun muzeyləri və restoranları koronavirusun yayılması zamanı qadağalardan təsirlənib. Şəhər sabitlik, səhiyyə, təhsil və infrastruktur baxımından əla göstəriciyə malikdir.

Avstraliyanın Melburn və Sidney şəhərləri bu il 3-cü və 4-cü yerləri tutaraq ilk 10-luqda qalıblar. Melburn mədəniyyət və ətraf mühit üzrə xüsusilə yüksək bal toplayır.

Vankuver siyahıda beşincidir. Şəhərin mədəni mühiti və ekoloji göstəricilər buna təsir göstərir. Qeyd olunur ki, Vankuver həm dənizə, həm meşəyə, həm də səmaya asan çıxış təklif edir.

İndeksdə 10-cu yeri tutan Osaka Asiya qitəsindən siyahıya daxil edilən yeganə şəhərdir. Osaka sabitlik, səhiyyə xidmətləri və təhsil balları üzrə tam xal toplayıb. Dünyada yaşayış xərclərinin yüksək olması səbəbindən dolanmaq çətin olsa da, Osakanın nisbətən ucuz təbiəti şəhəri daha cəlbedici edir.

Osaka ilə indeksdə 10-cu yeri bölüşən Oklend ötən ildən bu ilə qədər 25 pillə yüksəlib. Çünki koronavirus qadağaları qismən də olsa, 2022-ci ilin sentyabrına qədər qüvvədə idi.

Yeni Zellandiyanın Oklend şəhəri təhsil sahəsində tam bal toplamaqdan əlavə, indeksdə ən yüksək mədəniyyət və ətraf mühit ballarına malik şəhərdir.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər