Ukraynanın yeni müdafiə naziri FETÖ üzvüdür
Tarix: 05-09-2023 11:27 | Bölmə: Slayd
Ukraynanın yeni müdafiə naziri FETÖ üzvüdür

Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabından verdiyi açıqlamada bildirib: “Ukraynanın müdafiə nazirini dəyişməyə qərar verdim. Oleksiy Reznikov 550 gündən çox davam edən genişmiqyaslı müharibəni yaşadı. Hesab edirəm ki, nazirliyin həm orduya, həm də cəmiyyətə qarşı yeni yanaşmalara və yeni qarşılıqlı fəaliyyət formalarına ehtiyacı var. İndi nazirliyə Rüstəm Umerov rəhbərlik etməlidir”.

Zelenski parlamentin qətnaməni dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

Reyting.az
xəbər verir ki, bu barədə “Aydınlık” yazıb.

Türk nəşrinin təhlilində qeyd olunur:

Oleksiy Reznikov 2021-ci ildən Ukraynanın müdafiə naziridir. Onun Ukraynanın Londondakı səfiri təyin ediləcəyi gözlənilir.

Rüstəm Umerov kimdir?

1982-ci ildə anadan olan Umerov əvvəllər Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri və Ukrayna prezidentinin xüsusi nümayəndəsi vəzifələrində çalışıb. Rüstəm Umerov ABŞ-ın bölgədəki planlarının sözçüsü və icraçısı olan siyasətçidir.

“Aydınlık”ın Ukraynadakı yerli mənbələrdən daha əvvəl əldə etdiyi məlumata görə, Rüstəm Umerov Ukrayna dövründə FETÖ-dən dəstək alan Krım Respublikası Təhsil Nazirliyinin istedadlı uşaqlar üçün açdığı Krım internat məktəbində təhsil alıb. Onun ABŞ-la birbaşa əlaqəsi olduğunu deyən mənbələr Umerov haqda deyirlər: “O, xarici dövlətlərdən aldığı vəsaitin bir hissəsini şəxsi məqsədləri üçün istifadə edir. Açıq mənbələrdə deyildiyi kimi, o, gənclik illərində ABŞ Dövlət Departamentinin Gələcək Liderlərin Mübadilə Proqramında (FLEX) iştirak edib.

Qardaşı Ruslan Umerov da (Aslan Ömər Qırımlının dediyinə görə) Krım internat məktəbində oxuyub və FETÖ-yə bağlıdır. Kiyevdə hər iki qardaşı “Amerikanın uşaqları” adlandırırlar”.

“Güləni aktiv dəstəkləyir”

Rüstəm Umerovu Rusiya mətbuatında da “Amerika casusu” adlandırırlar. Bu tərif mühüm mənbəyə əsaslanır: Ayvaz Umerov, Krım Tatarlarının Regional Milli Mədəni Muxtariyyətinin rəhbəri və Ukrayna tərəfinin nümayəndəsidir. O da Rüstəm Umerov kimi Krım tatarıdır.

Krımlı siyasətçi martın 10-da jurnalistlərə deyib: “Mənim onu ABŞ casusu və fərari Fətullah Gülənə bağlı boz kardinal kimi görməyimin bir çox səbəbləri var”.

O əlavə edib ki, Rüstəm Umerov Fətullah Gülən tərəfindən fəal şəkildə dəstəklənir və nurçu təhsil sisteminin bir parçasıdır.

Uğursuzluq və korrupsiya

Müdafiə naziri O. Reznikovun işdən çıxarılmasına əks-hücumun uğursuzluğu və orduda korrupsiyanın təsir etdiyi düşünülür. Əvvəllər Qərbdən alınan silahların bir hissəsinin yoxa çıxması, bəzi silahların qara bazarda satılması kimi hallar olub.

Ordudakı idarəçilərin səfərbərlikdən qaçmaq və ya ordunu tərk etmək istəyənlər üçün rüşvət aldığı da məlum olub. Bütün bunların üzərinə ağır itkilərlə davam edən əks-hücumun uğursuzluğu bütün oxları müdafiə naziri Reznikova tərəf çevirdi. Nəticədə Zelenskinin bu qərarı qəbul etməsində bu iki əsas amilin təsirli olduğu bildirilir.

Gözlənilən stabil silah təminatı

Müdafiə naziri olacaq Umerovun hərbi keçmişi yoxdur. Umerov bir iş adamı kimi Qərb ölkələrinin, o cümlədən ABŞ və Avropa İttifaqı ölkələrinin yüksək səviyyəli müdafiə rəsmiləri ilə daim əlaqə saxlayır. Umerov 2022-ci ilin sentyabr ayından aktivləri investorlara hərraca çıxaran və dövlətə məxsus fabrik və mülkləri idarə edən dövlət qurumuna rəhbərlik edir.

Müdafiə naziri kimi Umerovun qərb silahlarının davamlı tədarükünü təmin etməklə yanaşı, nazirliyi səliqəyə salması gözlənilir.

Prezidentə məktub təqdim etdi

Ukraynanın müdafiə naziri O. Reznikov istefa məktubunu parlamentin (Ali Rada) sədrinə təqdim etdiyini açıqlayıb.
Reznikov vəzifəsindən istefa verməsi ilə bağlı sosial media hesabında açıqlama verib. İstefa məktubunu Ali Radanın sədri Ruslan Stefançuka təqdim etdiyini deyən Reznikov bildirib: "Ukraynanın müasir tarixinin ən çətin dövrü olan son 22 ayda Ukrayna xalqına xidmət etmək və Ukrayna ordusuna çalışmaq şərəf idi".

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər