Tramp Baydeni oğurluqda ittiham edir
Tarix: 07-09-2023 13:42 | Bölmə: Slayd
Tramp Baydeni oğurluqda ittiham edir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ lideri Cozef Baydeni Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahında tapılanlardan 20 dəfə çox məxfi sənədlərə sahib olmaqda ittiham edir.

Reyting.az
xəbər verir ki, D. Tramp ilə müsahibəni amerikalı radio aparıcısı H. Hevitt öz saytında yerləşdirib.

Müsahibədə Tramp Baydeni sənədləri oğurladığını iddia edərək deyir:

“Baydendə məndəkindən 20 dəfə çox qutu olduğunu bilirdinizmi? Hələ senator olandan onun məxfi məlumatları saxladığını bilirdinizmi?”

Tramp deyib ki, Baydenin etdikləri cinayətdir.

Xatırladaq ki, yanvar ayında məlum olub ki, Baydenlə əlaqəli Vaşinqton beyin mərkəzinin binasında məxfi sənədlər toplusu tapılıb. Onlar Baydenin ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışdığı vaxta (2009-2017) aiddir. Ağ evin məlumatına görə, sənədlər 2022-ci ilin noyabrında dövlət başçısının vəkilləri tərəfindən aşkar edilib. Sənədlər Baydenin 2017-2019-cu illərdə, yəni prezident seçkilərində namizədliyini elan etməzdən əvvəl istifadə etdiyi ofisdə olub. Daha sonra Baydenin Delaver ştatının Vilmington şəhərindəki evində də gizli sənədlər tapılıb.

İyun ayında Tramp məxfi sənədləri lazımınca saxlamamaqda ittiham olunub. Tramp ona qarşı irəli sürülən ittihamları demokrat Baydenin başçılıq etdiyi hazırkı ABŞ administrasiyasından ilhamlanan sırf siyasi qərar kimi xarakterizə edir. ABŞ-ın keçmiş prezidentinin məxfi sənədlərlə yanlış rəftar edilməsi işi üzrə məhkəmə prosesi 2024-cü ilin may ayına təyin edilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər