Naxçıvanda daha bir nazir təyinatı olub
Tarix: 08-09-2023 10:42 | Bölmə: Slayd
Naxçıvanda daha bir nazir təyinatı olub

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsinə təyinat olub.

Reyting.az
xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun sərəncamına əsasən, Rahid Ələkbərli bu vəzifəyə təyin edilib.

Məlumata görə, yeni nazir bu təyinatadək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş informasiya direktoru olub.

Qeyd edək ki, əvvəlki nazir Vüsal Sevdimalıyev nöqsanlara görə vəzifədən azad edilib.




Bölməyə aid digər xəbərlər