Merkel Rusiya-Ukrayna müharibəsini 8 il ləngidib
Tarix: 08-09-2023 12:44 | Bölmə: Slayd
Merkel Rusiya-Ukrayna müharibəsini 8 il ləngidib

Almaniya Federal Hökumətinin Silahlara Nəzarət üzrə sabiq komissarı Rolf Nikel keçmiş kansler Angela Merkeli 2014-15-ci illərdə Donbasdakı münaqişəni dinc danışıqlar yolu ilə həll etmək cəhdlərinə görə tərifləyib.

Reyting.az
-ın məlumatına görə, Rolf Nikel deyib ki, Angela Merkel Ukraynanın yenidən silahlanması və güclənməsi üçün bu ölkəyə vaxt qazandırıb.

“Almaniya hökuməti böyük müharibəyə çevrilmək təhlükəsi yaradan münaqişəni cilovlamağa çalışırdı. Ukrayna rəhbərliyi isə müharibəyə hazır olmadıqlarını açıq şəkildə bildirirdi. Onlara buna hazırlaşmaq üçün vaxt verilməli idi”, - R. Nikel bildirib.

R. Nikel gələcəkdə NATO ilə Rusiya arasında müharibəni da rədd etmir. “Bu, bu gün və ya sabah olmayacaq, amma çox şey müharibənin necə bitməsindən asılı olacaq. Ukrayna uduzsa, Rusiya ilə Qərb arasında birbaşa hərbi qarşıdurma riski artacaq”, - deyə Nikel xəbərdarlıq edib.

R. Nikel əlavə edib ki, Almaniya hakimiyyəti Rusiya prezidenti V. Putindən “qaz şantajı” gözləməyib.

A. Merkel isə hesab edir ki, Ukraynadakı müharibəyə baxmayaraq, onun Rusiyaya qarşı siyasəti düzgün olub. Eyni zamanda onun strategiyası əsasında 2014-cü ildə Ukraynanın müharibəyə hazır olmadığı zamanda Rusiya ilə müharibənin qarşısını alınıb, bununla Kiyevə imkan yaradılıb ki, 7-8 il müddətində silahlansın və Rusiya ilə savaşa hazırlaşsın.

Y. QACAR




Bölməyə aid digər xəbərlər