Qarabağdakı cinayətkar rejimə yeni başçı seçiblər
Tarix: 09-09-2023 13:28 | Bölmə: Slayd
Qarabağdakı cinayətkar rejimə yeni başçı seçiblər
Samvel Şahramanyan

Samvel Şahramanyan Qarabağdakı erməni separatçılarının “prezidenti” seçilib.

Reyting.az
-ın xəbərinə görə, belə bir qanunsuz qərar sentyabrın 9-da Qarabağdakı separatçı rejimin qondarma parlamentinin “növbədənkənar sessiyasında” verilib.

Ermənistan KİV-ləri bildirir ki, gizli səsvermədə 23 “deputat” iştirak edib, onlardan 22-si lehinə, biri əleyhinə səs verib.

Onu da qeyd edək ki, Şahramanyan 1978-ci ilin dekabrın 1-də Azərbaycanın Xankəndi şəhərində anadan olub.

O, Qarabağdakı separatçı dəstənin “milli təhlükəsizlik xidməti”nin direktoru, Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olub.

İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndidəki universitetə keçib və 1999-cu ildə oranı bitirib.

1996-1999-cu illərdə Qarabağdakı qanunsuz silahlı dəstədə “xidmət” edib. 1999-2008-ci illərdə Ukraynada xidmət göstərib.

2008-ci ildən Qarabağdakı qondarma qurumda bir sıra “vəzifələrdə” çalışıb.

29 may 2020-ci il tarixdə qondarma sərəncamla “general-mayor” olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər