Rusiya Qarabağdakı ermənilərə Ağdam-Əsgəran yolu ilə yardım göndərir - Fotolar
Tarix: 09-09-2023 15:54 | Bölmə: Slayd
Rusiya Qarabağdakı ermənilərə Ağdam-Əsgəran yolu ilə yardım göndərir

Rusiya Qızıl Xaç Cəmiyyəti Qarabağ erməniləri üçün ərzaq yardımı göndərir. Artıq ərzaq dolu TIR Ağdam istiqamətində hərəkət edir.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətindən bildiriblər.

“Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükünü Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün bu gün (sentyabrın 9-da) Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, 14:30 radələrində, Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib. Hazırda həmin yük Samur-Bakı, Bakı-Bərdə, Ağdam və Əsgəran istiqamətində hərəkət edir.

Yük son təyinat məntəqəsinə çatdırıldıqdan sonra əlavə məlumat veriləcək”, - məlumatda qeyd olunub.







Bölməyə aid digər xəbərlər